Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub

Tarix:2-06-2023, 09:45

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xırdalan şəhərində Heydər Əliyev Parkında təşkil edilən silsilə bayram tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, qəhrəman oğullarımızın yadıgar övladları, rayonun təhsil ocaqlarının kollektivləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin abidəsi ziyarət edilib, önünə tər çiçəklər düzərək xatirəsi ehtiramla anılıb.

Rayon ərazisində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarında tərbiyə alan uşaqlar, o cümlədən ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanan müxtəlif əl işlərinin sərgisinə baxış keçirilib.

Sonra “Uşaqlar bizim gələcəyimizdir” adlı yaradıcılıq festivalı başlayıb. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir”- müdrik kəlamı ölkəmizdə uşaqlara olan məhəbbətin təzahürüdür. Hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev daim uşaqlara böyük qayğı və diqqət göstərib, onların ən böyük himayədarı olub.

Qeyd edilib ki, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülüb, müvafiq qanunvericilik aktları qəbul edilib. Uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi Ulu Öndərin daim diqqətində olub.

Vurğulanıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Eyni zamanda, şəhidlərimizin ailə üzvləri və onların yadigarları dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub.

Təsadüfi deyildir ki, dünyada hökm sürən qlobal iqtisadi böhran fonunda Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ili “Uşaq ili” elan edib. Bu, dövlət başçısının Azərbaycanın gələcəyi olan uşaqlara diqqət və qayğısının nəticəsidir.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daima uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları diqqət mərkəzində saxlanılır və bu istiqamətdə onun təşəbbüsü ilə çoxsaylı tədbirlər görülür, layihələr həyata keçirilir. Azərbaycanda uşaqların sağlam və savadlı böyüməsi Heydər Əliyev Fondunun siyasətinin prioritet istiqaməti olduğundan bu istiqamətdə “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramları, “Təhsilə dəstək” və sairə layihələr icra olunub.

Konsert proqramında Abşeron Rayon Mədəniyyət Mərkəzinin, rayonda fəaliyyət göstərən məktəb və bağçaların yetirmələrinin ifasında maraqlı rəqs və musiqi nömrələri nümayiş olunub.

Sonda Vətən müharibəsi şəhidlərinin övladlarına bayram hədiyyələri təqdim edilib.

Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayonun Saray qəsəbəsində yerləşən 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinə baş çəkilib, burada təlim-tərbiyə olunan uşaqlara bayram hədiyyələri təqdim olunub.

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Müəllim yalnız dərs demir, gələcək yetişdirir

Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı

Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir

Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır

Suverenliyimizin tam bərpa olunduğu tarixi gün

20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

Türk dünyasında əməkdaşlığın yeni hədəfləri

Prezidentdən İslam dünyasına mühüm birlik mesajı

Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər

Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur

İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu

Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol