Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanın uğurlu enerji siyasəti...

Tarix:3-06-2023, 10:32

Azərbaycanın uğurlu enerji siyasəti...


1994-cü il mayın 24-də Bakıda ilk dəfə neft-qaz sərgisi keçirildi. Həmin tədbir ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki sərgidə Ümummilli Lider Heydər Əliyev iştirak və çıxış etmişdi. Ötən illər ərzində sərgi məkan və mahiyyətini dəyişməyib. Onun əhatə dairəsi genişlənib, əhəmiyyəti artıb və buna uyğun olaraq adı da təkmilləşib. Xəzər Neft-Qaz sərgisinin də müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Çünki 1994-cü ildə mövcud olan şəraitdə belə bir tədbirin baş tutması yalnız Ulu Öndərin dünyadakı nüfuzu, fövqəladə təşkilatçılığı və sonsuz qətiyyətinin nəticəsi idi.

Cari ilin 31 may tarixində keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri əvvəlkilərlə müqayisədə daha əlamətdardır. Ona görə ki, bu il Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi keçirilir, eyni zamanda əgər ötən il sərgilərə 30 ölkədən 249 şirkət qatılmışdısa, artıq bu dəfə 38 ölkədən 331 şirkət iştirak edirdi. Bu da tədbirə olan beynəlxalq marağın ildən-ilə yüksəldiyini və artan əhəmiyyətini göstərir.

Dövlət başçısı builki tədbirdə alternativ enerji sahəsində fəaliyyət göstərən daha çox şirkətin iştirak etməsindən məmnunluğunu ifadə edib: “Enerji təhlükəsizliyi sadəcə dəhlizlərin şaxələndirilməsi deyil, bu mənbələrin şaxələndirilməsidir. Mən düşünürəm ki, hər kəs bunu aydın şəkildə görür ki, bizim durumumuzda bu hər ikisidir – dəhlizlərin şaxələndirilməsi, mənbələrin şaxələndirilməsi. Həmçinin şirkətlər, ölkələr, beynəlxalq maliyyə institutları arasında çox sadiq komanda işi olmalıdır. Biz həqiqətən də komanda kimi işlədik. Çünki bizim 1 hədəfimiz var – enerji təhlükəsizliyini necə gücləndirə bilərik, bir-birimizə çətinliklərin öhdəsindən gəlməyə necə yardım edə bilərik?”

Ölkəmizdə yaradılan əlverişli investisiya mühitini daim önə çəkən Prezident İlham Əliyev gələcək inkişafı təmin etmək üçün xarici bazarlara daha böyük diqqət göstərməyin vacibliyini bildirir. Neft-Qaz amili ölkəmizə böyük canlanma gətirib. Azərbaycanın timsalında uğurlu neft siyasətinin təzahürünü görürük. Ölkəmiz qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Belə ki, «Əsrin müqaviləsi»nın imzalandığı 1994-cü ildə ölkəmizin imkanları o qədər də böyük deyildi. Buna baxmayaraq, investorlar üçün gözəl şərtlər təqdim edilmişdir. Hazırda ölkəmizin uğurlu enerji siyasəti Azərbaycanın hüdudlarından kənara çıxmışdır. Regional çərçivədə başlayan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldı. Bu gün Cənub Qaz Dəhlizinin uğurlarından, eyni zamanda, iştirakçı dövlətlərin coğrafiyasının genişləndirilməsindən bəhs edirik. Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsi əməkdaşlıq əlaqələrinin genişlənməsində öz sözunü deyir.

Otuz ilə yaxındır energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini, indi isə yalnız energetika sahəsi ilə kifayətlənməyib, əməkdaşlığın şaxələndirildiyini qeyd edən Azərbaycan Prezidenti bildirib: “ABŞ və Böyük Britaniya hökumətləri Azərbaycanın Xəzər dənizindəki resurslarının işlənməsi ilə bağlı irəli sürdüyü bütün təşəbbüsləri həmişə dəstəkləyib. Onlar bugünkü neft və qaz boru kəmərləri sayəsində Avrasiyanın enerji xəritəsini faktiki olaraq dəyişdirmiş enerji nəqliyyatı infrastrukturumuzun qurulmasında köməklərini əsirgəməyiblər”.

Ölkə rəhbəri çıxışında respublikamızda bərpaolunan enerji layihələrinin reallaşdırılmasının prioritet istiqamət olduğu barədə də ətraflı məlumat verərək, bu sahənin inkişafını, sözügedən istiqamətdə tədbirlərin genişləndirilməsini daim diqqət mərkəzində saxladığını vurğulayıb. Prezident İlham Əliyev daha sonra ötən ilin dekabr ayında Buxarest şəhərində “yaşıl enerji”yə dair mühüm tədbir keçirildiyini, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın bir araya gəldiyini, həmçinin Avropa Komissiyasının Prezidentinin də həmin tədbirdə iştirak etdiyini, orada “yaşıl enerji”yə və transmissiyaya dair müvafiq sənəd imzalandığını xatırladıb: “Biz indi elə bir mərhələdəyik ki, layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir”.

Prezident İlham Əliyevin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində atdığı addımlar dövlətin beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə töhfə verməklə yanaşı, eyni zamanda etibarlı tərəfdaş imicinin formalaşmasını təmin edir. Bəli, dövlətimizin başçısının müdrik siyasəti ilə Azərbaycanda hazırda nəhəng enerji infrastrukturu yaradılıb və bununla da, Avrasiyanın enerji xəritəsi dəyişdirilib. Bu gün respublikamız tərəfindən istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradılıb.

Malik Məmmədov
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır