Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ulu Öndərin 100 illiyi ilə bağlı Misirdə səfərdə olan Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib

Tarix:14-06-2023, 12:32

Ulu Öndərin 100 illiyi ilə bağlı Misirdə səfərdə olan Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Misir Ərəb Respublikasında səfərdə olan Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Adil Əliyevin və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin başçılıq etdiyi nümayəndə heyəti bir sıra görüşlər keçirib.

Ölkəmizin Misirdəki səfirliyindən bildiriblər ki, nümayəndə heyətinin üzvləri və səfirliyin əməkdaşları səfər çərçivəsində Misirin Qalyubiyyə vilayətinin Əl-Qanatır Əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq parkında Ümummilli Lider Heydər Əliyevin heykəlini ziyarət edib, abidənin önünə əklil və gül dəstələri qoyublar.

Ziyarət zamanı Misirdəki Azərbaycan diasporunun üzvləri ilə Dostluq parkında görüş keçirilib, bu ölkədə yaşayan soydaşlarımızın problemləri öyrənilib. Nümayəndə heyəti bu parkda yerləşən Qırmızı Aypara Cəmiyyətinin ofisinin kitabxanasında Azərbaycana aid guşə və materiallar ilə tanış olublar. Dostluq Parkında, həmçinin Qalyubiyyə Qubernatoru Əbdül Həmid Əl-Haqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib və Misir-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi yolları müzakirə edilib.

Eyni zamanda, A.Fərzəliyev Dostluq Parkında Qalyubiyyə Qubernatoru Əbdül Həmid Əl-Haqan və Əl-Qanatır Əl-Xeyriyyə şəhərinin meri Tarıq Maher ilə görüşüb, qardaşlaşmış Abşeron rayonu və Qalyubiyyə vilayəti arasında əlaqələrinin möhkəmləndirilməsi yollarını müzakirə edib. O, müzakirələrin davamı məqsədilə Ə.Haqanı Azərbaycana dəvət edib.

Səfər çərçivəsində A.Fərzəliyev Qalyubiyyə vilayətinin Obur şəhərində yerləşən Azərbaycan-Misir Dostluq məktəbini ziyarət edib, bu təhsil ocağının vəziyyəti ilə yerində tanış olub, müəllim heyəti və şagirdlərlə görüşüb, onları maraqlandıran suallara cavab verib və hədiyyələr təqdim edib. Qonağa məktəbdə mövcud olan problemlər haqqında məlumat verilib və birgə yeni layihələrin həyata keçirilməsi təklif olunub.

Azərbaycan nümayəndə heyətinin səfəri yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb və bir çox yerli mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.

Ulu Öndərin 100 illiyi ilə bağlı Misirdə səfərdə olan Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib
Ulu Öndərin 100 illiyi ilə bağlı Misirdə səfərdə olan Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib
Ulu Öndərin 100 illiyi ilə bağlı Misirdə səfərdə olan Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Müəllim yalnız dərs demir, gələcək yetişdirir

Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı

Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir

Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır

Suverenliyimizin tam bərpa olunduğu tarixi gün