Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilmişdir

Tarix:25-06-2023, 08:40

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilmişdir

Abşeron rayonunda vətəndaş müraciətlərinin yerində və operativ həlli ilə əlaqədar növbəti görüşlər keçirilmişdir.

Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən Xırdalan şəhəri də daxil olmaqla, Mehdiabad, Saray, Digah, Məmmədli, Ceyranbatan, Aşağı Güzdək və Qobu qəsəbələrində baş tutan səyyar qəbullarda RİH başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və sakinlər iştirak etmişdir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsi bitdikdən sonra qısa zaman keçməsinə baxmayaraq keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş torpaqlara qayıdışından, Qarabağda həyata keçirilən sürətli abadlıq-quruculuq işlərindən danışan RİH başçısı bildirmişdir ki, soydaşlarımız uzun müddət həsrətində olduqları öz dədə-baba yurdlarına bundan sonra da mərhələli şəkildə qayıdacaqlar. Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunmuş, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilmişdir.

Onu da vurğulayaq ki, şəhidlik zirvəsinə ucalmış igidlərimizin və onların əmanətləri olan övladlarının doğum günlərində şəhid ailələri, o cümlədən müalicəsi davam edən Vətən Müharibəsi qaziləri RİH başçısı Abdin Fərzəliyev tərəfindən davamlı olaraq ziyarət olunur.

Qeyd edək ki, şəhid ailələri və müharibəsi iştirakçıları qəbul günlərindən asılı olmayaraq növbədənkənar istənilən vaxtda RİH rəhbərliyi ilə görüşmək imkanına malikdir və gündəlik keçirilən görüşlər zamanı onların qayğıları ilə bağlı dərhal tədbirlər görülür.

Bütün keçirilən görüşlərdə ölkəmizin hər yerində olduğu kimi Abşeron rayonunda da şəhid ailələrinə və müharibə iştirakçılarına böyük diqqət və qayğının bundan sonra da daimi olaraq davam etdiriləcəyi vurğulanmışdır. Şəhid ailələri və müharibə iştirakçıları onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişlər.

Məlumat üçün bildiririk ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan igidlərimizin və şəhid övladlarının may və iyun aylarında doğum günləri də qeyd edilib. Belə ki, bu günlərdə Şəhidlərimiz Vüsal Tahirov, Babək Allahverdiyev, Vidadi Zalov, Elçin Həsənli, Azər Məmmədov, Mirlətif Ağayev, Əli Əliyev, Xaliq Məcdunov, İsmayıl Mehdiyev, Elçin Həsənli, Anar Bahadurov və Bəhruz Əhmədovun ailə üzvləri RİH-in məsul əməkdaşları tərəfindən ziyarət edilmiş, şəhidlərimizin və ailə üzvlərinin doğum günləri münasibəti ilə qayğıları və problemləri ilə maraqlanılmışdır.

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Müəllim yalnız dərs demir, gələcək yetişdirir

Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı

Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir

Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır

Suverenliyimizin tam bərpa olunduğu tarixi gün