Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ermənistan Azərbaycanın mövqeyi ilə razılaşmaq məcburiyyətindədir

Tarix:26-07-2023, 15:34

Ermənistan Azərbaycanın mövqeyi ilə razılaşmaq məcburiyyətindədir

Prezident İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına verdiyi və “China Global Television Network” televiziya kanalında yayımlanmış müsahibəsində diqqətçəkən xeyli məqamlar var. Həmin məqamlardan biri çinli müxbirin ölkəsindəki məşhur atalar sözünü xatırlatması idi: “Ticarət dayananda, müharibələr başlayır”. Ardınca bildirdi ki, ticarət nə qədər çox olarsa, ölkə əhalisi üçün daha çox fürsətlər açılar. Bu deyimlərlə həmrəy olduğunu bildirən dövlətimizin başçısı vurğuladı ki, ticarət sabitliyi, təhlükəsizliyi möhkəmləndirir və müəyyən dərəcədə, sözün yaxşı mənasında, qarşılıqlı bağlılığı artırır: Bu şəraitdə, əlbəttə, sabitlik bərqərar olur.

Məqamlardan biri müxbirin Azərbaycan-Ermənistan münasibətlərinə keçid almasıdır. Çünki hazırda bu münasibətlərin qaydaya salınmaması, normallaşmaması həm də ticarətə zərər vuran, onun qarşısını alan amil rolunda çıxış edir. Söhbət, əlbəttə ki, qlobal ticarətdən gedir. O ticarətdən ki, cənab İlham Əliyev müsahibəsində onun müxtəlif tərəflərindən, mövcud müstəvidə Azərbaycanın oynadığı roldan, ölkəmizin mövqeyindən, maraq və mənafelərindən, kifayət qədər əhatəli söz açdı...

Məlumdur ki, Azərbaycan Vətən müharibəsində məğlub etdiyi Ermənistana əl uzadıb, ölkəni sülhə dəvət edib. İrəvanın Zəngəzur dəhlizi kimi nəhəng layihəyə qoşulmasının mümkünlüyü məsələsini də qabardıb. Amma Ermənistandan adekvat münasibət yoxdur. Əksinə, ölkənin rəhbərliyinin, eləcə də xaricdəki erməni lobbi və diaspor təşkilatlarının reallıqları dəyişmək, avantürist mövqe tutmaq cəhdlərinin şahidiyik. Nəticədə çinli müxbirin də vurğuladığı kimi, atəşkəs mövcuddur, lakin vəziyyət mürəkkəb olaraq qalır. Bu mənada onun dövlətimizin başçısından sülh müqaviləsinin nə zaman imzalanacağını soruşması məntiqidir. Çünki jurnalist təmsil etdiyi ölkənin regiondakı qlobal iqtisadi maraqlarından xəbərdardır. O yaxşı bilir ki, həmin maraqlar Cənubi Qafqazda dayanıqlı sülhün yaranmasını, belə demək mümkünsə, diktəyə çevirib. “China Media Group” media korporasiyasının müxbirinin cənab İlham Əliyevə daha əvvəl ünvanladığı bir suala da nəzər salaq: “Məndə çox maraqlı məlumatlar var ki, Sizinlə bölüşmək istərdim. Oradan görünür ki, Çindən Avropaya göndərilən mallar dənizlə orta hesabla 36 gün çəkir, əgər siyasi məsələlər olmasa, Transsibir marşrutu ilə 20 gün çəkir və Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, Orta Dəhlizlə isə cəmi 12 gün çəkir”.

Çinli media təmsilçisi, bilavasitə gün məsələsindən söz açdı. O, yaxşı dərk edir ki, genişlənməkdə və şaxələnməkdə olan Çin iqtisadiyyatı üçün satış bazarları önəmli faktordur. Əsas məsələ malların həmin bazarlara, yəni istehlakçılara maksimum tez çatdırılmasıdır. Bir günün itirilməsi isə maliyyənin itirilməsidir. Deməli, çinli müxbirin Prezident İlham Əliyevdən Ermənistanla sülh müqaviləsi haqqında nə düşündüyünü, həmin müqaviləni nə vaxt gözləməyin mümkünlüyünü soruşması adi sual deyil, eyni zamanda Çinin strateji maraqlarından irəli gələn məsələdir.

Prezident İlham Əliyev Ermənistanla sülhə ən yaxın gələcəkdə nail olmağın mümkünlüyünü bildirdi: “Onlar Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadrat kilometr ərazidə tanıdılar. Bu əraziyə Qarabağ və Ermənistan ərazisində olan səkkiz Azərbaycan anklavı da daxildir. Bu, əslində, mühüm bəyanatdır. Bundan sonra qalan yeganə məsələ, bunu kağız üzərinə köçürmək və imzalamaqdır”.

Ancaq çinli müxbirin də vurğuladığı kimi, bu xüsusda mürəkkəblik var. Əslində durum, ilk baxışdan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üçün müsbət zəminin olmadığından xəbər verir. Onu da nəzərə almalıyıq ki, Ermənistan hakimiyyəti müharibədən ötən müddətdə indi dilə gətirdiklərini deməmək üçün çox çalışıb, ancaq yekunda Azərbaycanın mövqeyi ilə razılaşmaq məcburiyyətində qalıb.

Heç şübhəsiz, ölkə sülh müqaviləsi imzalayacaqsa, bu, Ermənistanın istəyinin nəticəsi deyil. Sülh müqaviləsi imzalanacaqsa, bu, Ermənistan hakimiyyətinin, necə deyərlər, başına-gözünə döyməklə gerçəkləşdiriləcək. Çox güman, çinli müxbir, eləcə də, Çin dövləti bunu bilməmiş deyil. Hər bir halda cənab İlham Əliyev bildirir ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra, sülh müqaviləsi ilə bağlı ölkəmizin mövqeyi həmin müqavilənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmasından ibarətdir: “Biz sülh müqaviləsinin əsasını təşkil etməli olan beş beynəlxalq təməl prinsipini hazırladıq. Bir neçə dəfə danışıqlar aparılıb və iyunun sonunda davam etdiriləcək. Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Artıq dediyim kimi, bir - onlar qeyd etməlidir ki, Qarabağ Azərbaycandır və indi isə, onlar ikincini etməlidirlər: imzalamalıdırlar”.

Əlbəttə, Azərbaycan Prezidenti Çinin media qurumuna müsahibəsində indiyədək keçilmiş yola, təcrübəyə diqqət yetirərək, sülh müqaviləsinin imzalanmasına maneçilik motivlərini də açıqlayır. Ermənistanın siyasi manevr, prosesi yubatmaq cəhdlərindən söz açır. Ancaq cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, İrəvan gec-tez sülh müqaviləsini imzalamağa məcbur olacaq. Buna görə dövlətimizin başçısı müsahibəsində perspektiv sülh mühitinə baxışını ifadə edir. Azərbaycan Prezidenti bildirir ki, sülh müqaviləsi, həqiqətən, mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar. Qafqazda real sülhün formalaşması bütün kommunikasiyaların açılması anlamı verən hadisədir.

Qeyd etməliyik ki, hazırda Cənubi Qafqazda region ölkələrinin, həmçinin Çinin də maraq və mənafelərindən irəli gələn ab-havanın formalaşması üçün zəmin var. Azərbaycan göstərir ki, mövcud durumun qərarlaşması naminə üzərinə düşən hər şeyi edir, bütün iddiaları cavablandırır, çətinliklərə sinə gərir. Rəsmi Bakı heç bir halda imkan verə bilməz ki, Qarabağda erməni avantürizmi üçün şans yaransın. Buna görə Prezident bildirdi ki, Azərbaycandakı erməni azlığınnın hüquqları və təhlükəsizliyinin Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacağı deyilib. Bizim dini və ya etnik zəmində heç zaman hər hansı problemimiz olmayıb. Buna görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar.

Səlim Məmmədov
Abşeron rayonu, Masazır kənd 5 saylı tam orta məktəbin direktoru

Azərbaycan və Qazaxıstan beynəlxalq arenada biri birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür
Azərbaycan və Qazaxıstan beynəlxalq arenada biri birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür
20 Oktyabr - Zəngilan şəhəri günüdür
20 Oktyabr - Zəngilan şəhəri günüdür
17 Oktyabr - Füzuli şəhəri günüdür
17 Oktyabr - Füzuli şəhəri günüdür
Azərbaycan Prezidenti MDB Şurasının iclasında dostluq və əməkdaşlıq mesajları verdi
Azərbaycan Prezidenti MDB Şurasının iclasında dostluq və əməkdaşlıq mesajları verdi
Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar
Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar
Azərbaycan müəllimlərinin tarixi missiyası
Azərbaycan müəllimlərinin tarixi missiyası
4 Oktyabr - Cəbrayıl şəhəri günüdür
4 Oktyabr - Cəbrayıl şəhəri günüdür
Elmin və təhsilin fədakar memarları – Müəllimlərimiz
Elmin və təhsilin fədakar memarları – Müəllimlərimiz
3 Oktyabr Azərbaycan dövlətçiliyində tarixi dönüş
3 Oktyabr Azərbaycan dövlətçiliyində tarixi dönüş
Beynəlxalq Müəllimlər Günü: zəhmətin və fədakarlığın bayramı
Beynəlxalq Müəllimlər Günü: zəhmətin və fədakarlığın bayramı
Abşeronda “Ahılların konstitusion hüquqları və etibarlı müdafiə sistemi” adlı tədbir keçirilib
Abşeronda “Ahılların konstitusion hüquqları və etibarlı müdafiə sistemi” adlı tədbir keçirilib
Abşeronda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Abşeronda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə qədəm qoyur
Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə qədəm qoyur
Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır
Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır
27 Sentyabr – Qəhrəmanlıq və Zəfərin Anım Günü
27 Sentyabr – Qəhrəmanlıq və Zəfərin Anım Günü
Abşeron rayonunda “27 sentyabr - Anım Günü” qeyd edilib
Abşeron rayonunda “27 sentyabr - Anım Günü” qeyd edilib
Uşaqların qəlbində vətən sevgisini alovlandıran qəhrəmanlıq saatı
Uşaqların qəlbində vətən sevgisini alovlandıran qəhrəmanlıq saatı
27 Sentyabr – Anım Günü
27 Sentyabr – Anım Günü
Gələcəyə işıq saçan yol: Ulu Öndərin təhsil siyasətinin bu günü və sabahı
Gələcəyə işıq saçan yol: Ulu Öndərin təhsil siyasətinin bu günü və sabahı