Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İlham Əliyevin sülh gündəliyi regiondakı sabitliyi şərtləndirən amillərdən biridir

Tarix:3-08-2023, 18:22

İlham Əliyevin sülh gündəliyi regiondakı sabitliyi şərtləndirən amillərdən biridir


Prezident İlham Əliyev 22 iyul 2013-cü il tarixdə Şuşada “Euronews” televiziya kanalına müsahibə vermişdir. Bu müsahibənin Cənubi Qafqazın yeni tarixinin yazıldığı bir vaxtda Qarabağda - Şuşada verilməsinin səbəbi bir daha erməni vandalizmini göstərmək idi.

Gərginliyin və düşmənçiliyin aradan qalxmamasının səbəbləri ilə bağlı sualları cavablandıran Prezident İlham Əliyev Ermənistanla münaqişənin yekun həllini tapmaq məqsədilə edilən müəyyən təşəbbüslərdən danışdı. Azərbaycanın mövqeyinin ədalətli olmasını söylədi. Qeyd etdi ki, 30 illik işğaldan əziyyət çəkmiş 1 milyon insan bu uzun müddət ərzində öz yurd-yuvasından didərgin olmuş, lakin döyüş meydanında haqqını almışdır. 3 mindən artıq şəhid verərək ədaləti bərpa edən bir ölkə yenə də sülh tərəfdarıdır. Bu sülhün prinsipial şərtləri var: Ermənistan tərəfdən konstruktiv yanaşma olarsa, ərazi bütövlüyümüzə iddialardan əl çəkərsə, onda sülh variantını tez tapmaq olar.
Cənab Prezident vəziyyəti nizamlamağa çalışan beynəlxalq iştirakçılardan danışarkən, Minsk Qrupunun fəaliyyətsizliyini vurğuladı. Avropa İttifaqının fəallığının təbii hesab etdiyini və münasibətlərin qarşılıqlı hörmətə, etimada və maraqlara söykəndiyini bildirdi. Brüssel, Kişinyov və Rusiya tərəfindən təşkil olunmuş görüşlərin sülh təşəbbüslərinə xidmət etdiyini və sülh ilə nəticələnən təşəbbüsü irəli sürən tərəfi dəstəkləyəcəyimizi söylədi. Rusiya ilə münasibətlərin tarazlaşdığını, qonşu və tərəfdaş olmağını, bir çox nəzərəçarpan layihələrin olduğunu bildirdi.

Cənab Prezident 23 apreldən etibarən Qarabağın 2 min sakininin Ermənistana asan şəkildə gedib- gəldiyini, Qırmızı Xaç Komitəsinin qanunsuz əməllərini, qacaqmalçılıqla məşğul olmasını və onlara daha konstruktiv olmaları barədə xahiş olunduğunu bildirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Qırmızı Xaç Komitəsinin Xankəndindəki nümayəndəliyi görəsən niyə Yerevana tabedir? Axı, elə Ermənistanın Baş Naziri özü belə dəfələrlə söyləyib ki, Qarabağ Azərbaycandır.

Laçın-Xankəndi yolundakı vəziyyət artıq dəyişmişdir. Ermənistanla sülh danışıqlarının uğurlu bir nəticə ilə yekunlaşacağına ümidvaram və bunun yaxın aylarda baş verəcəyinə inanıram. Müharibədə qalib gəlmək mənim siyasi həyatımın missiyası idi və müharibə uğurla başa çatdı.

Biz düzgün olanı etdik, biz öz torpağımızda vuruşduq və azad etdik.
Torpaqlarımız, şəhərlərimiz yerlə-yeksan edilmişdi. Bütün bunlara baxmayaraq biz qisas almadıq. Bizim onlara torpaq iddiamız yoxdur. İstəyirik ki, onlar torpaq iddialarından əl çəksinlər.

Qarabağda yaşayan ermənilər ya bir çox milli azlıqlar kimi Azərbaycanda yaşamalı, ya da çıxıb getməlidir. Biz onlara seçim hüquqi veririk. Biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə, bizim seperatizmlə mübarizəmizə fərqli yanaşma sərgilənir. Bizim legitim istəyimiz sual altına alınır. Nə üçün biz seperatizmə dözməliyik?

Biz Ermənistanla sülh istəyirik. Azərbaycan Ermənistan əlaqələri normallaşanda azərbaycanlılar da öz yurd yerlərinə qayıdacaq”.
Azərbaycan xalqı tarixin bu qara səhifəsinin biryolluq bağlanmasını istəyir. Sadə ermənilər də artıq müharibə istəmir. Onlar da Qarabağın Azərbaycana məxsus olduğunu bilir və bunu qəbul edirlər. Yaxşı olar ki, onlar separatçılara uymasınlar, öz övladlarını ölümə göndərməsinlər. Qarabağ erməniləri Azərbaycanda azərbaycanlılarla həmişə birgə yaşayıb. Cənab Prezidentimiz onların təhlükəsizlinin qorunacağını dəfələrlə bəyan edib. Odur ki, Qarabağ erməniləri öz qondarma liderlərinin arxasınca getməməlidirlər.
Ali Baş Komandanımız cənab İlham Əliyev öz sözünə həmişə əməl edib. Odur ki, onlar başa düşməlidirlər ki, cəmiyyətimizin bir hissəsi olaraq azad, normal həyat yaşayacaqlar.

Təyyubə Hüseynova
Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru, Əməkdar müəllim

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün