Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ermənistanın növbəti şantaj kampaniyası da uğursuzluğa düçar oldu

Tarix:21-08-2023, 10:32

Ermənistanın növbəti şantaj kampaniyası da uğursuzluğa düçar oldu


16-cı əsrdən bəri Azərbaycan təxmini 20 dəfə siyasi parçalanmaya məruz qalıb. Azərbaycanın tarixi əraziləri Rusiya, Fars imperiyası, Gürcüstan, Dağıstan və s. ölkələr arasında bölünüb.
1837-ci ildə isə Rus işğalı altındakı Azərbaycanın qərb hissəsi Ermənistan ölkəsi elan edilib.
1918-ci ildə Azərbaycan Rusiyanın təzyiqi ilə İrəvan quberniyasının böyük bir hissəsini ermənilərə güzəşt edib. 1920-ci ildə isə Rusiya imperiyasının 1 dekabr bəyanatına əsasən Zəngəzur bölgəsi, həmin il Şahbuz, Ordubad, Şərur rayonlarının bir hissəsi, 1922-ci ildə isə Dərələyəz Ermənistana verilib.
1929-1930-cu illərdə Ağdərə, Lehvaz, Nüvədi kəndlərinin də ermənilərə verilməsi ilə Naxçıvan bölgəsi ilə Azərbaycanın digər rayonları ayrı salınıb.
1980-1982-ci illərdə də Ordubadın və Qazaxın bir neçə kəndi sovet rəhbərliyinin təzyiqi ilə, yerli əhalinin kütləvi etirazına baxmayaraq məcburi olaraq Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilib.
1988-89-cu illərdən isə ermənilər azərbaycanlıları öz doğma yurd-yuvalarından dəfələrlə olduğu kimi departasiya etməyə başladılar. 1993-cü ilədək qalan torpaqlarımızın da 20 faizini işğal etdilər.
27 il ərzində Beynəlxalq Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dəfələrlə qəbul etdiyi bəyanatlara məhəl qoymayan Ermənistan nəinki işğal etdiyi əraziləri boşaldır, hətta hər gün təxribatlar törədərək Azərbaycanın digər ərazilərini də işğal etməyə cəhd göstərirdi.
Ermənilər tərəfindən beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün Azərbaycan tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi. Özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etdi.
2020-ci il noyabr ayının 8-də Azərbaycan 44 günlük Vətən Müharibəsində qalib gələrək öz gücünə tarixi torpaqlarını erməni işğalçılarından azad etdi. Azərbaycan ərazisində yaşayan erməni xalqının nümayəndələrinə isə Azərbaycan vətəndaşlığını qəbul edib təhlükəsiz, bərabərhüqüqlu vətəndaş kimi qalaraq yaşamaqları təklif olundu. Qarabağda azərbaycanlılarla birgə yaşamış ermənilər buna razı olsalar da Ermənistan buna mane olur.
Azərbaycan həmişə dediyi sözə, verdiyi vədə əməl edən məsuliyyətli ölkədir. 2020-ci ildə müharibə başa çatdıqdan dərhal sonra Azərbaycan yüklərin Qarabağ bölgəsinə, erməni əhalisinə çatdırılması üçün öz logistik imkanlarını və infrastrukturunu Beynəlxalq Qırmızı Xaç Komitəsinə təklif edib. Lakin Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar mandatına və nüfuzuna zərbə vuran bir fakt da aşkar olunub ki, Ermənistan Qırmızı Xaç Komitəsinin vasitəçiliyindən sui-istifadə etməklə Qarabağ bölgəsinə qaçaqmalçılıq yolu ilə mikroçiplər kimi ikili təyinatlı texnologiyaları keçirməyə çalışıb. Ermənistanın Beynəlxalq Qırmızı Xaç Komitəsindən siyasi məqsədləri üçün sui-istifadə etməsi açıq şəkildə göstərir ki, regionda beynəlxalq mövcudluğun, o cümlədən BMT-yə bağlı təşkilatların artırılmasına dair çağırışların humanitar narahatçılıqla heç bir əlaqəsi yoxdur.
Ermənistan yenə də durmadan təxribatlar törədir. Azərbaycan ərazisinə gizli yollarla silah-sürsat daşınır. Azərbaycan ərazisində qalan qeyri-qanuni erməni silahlı qüvvələri öz qanunsuz, çirkin işlərini daha da artırırlar.
Laçın sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir. Belə ki, məntəqə 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah-sürsat mina və xarici terrorçuların daşınmasının qarşısını alır.
Eyni zamanda, bildiyimiz kimi, ermənilər Qarabağdan Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq daşıyırdılar. Sərhəd keçid məntəqəsinin yaradılması ilə dəfələrlə sərvətlərimizin ərazidən çıxarılmasının qarşısı alınıb.
Ermənilər Azərbaycanın suveren ərazisində qeyri-qanuni olaraq radioelektron döyüş texnikaları yerləşdiriblər. Bu radioelektron texnikalarından istifadə təkcə “Azərbaycan Hava Yolları”nın deyil, xarici ölkələrin təyyarələrinə də ciddi təhlükə yaradır.
Ermənistan rəhbərliyi şifahi yolla Qarabağın Azərbaycan ərazisi olmasını qəbul edib. Lakin Ermənistan rəhbərliyi və diaspora arasında ciddi narazılıq və anlaşılmazlıq hökm sürür.
BMT Təşkilat Şurası erməni diasporasına, Qarabağda qeyri-qanuni yerləşən separatçılara və Ermənistandakı militarist dəstələrə bir daha bildirdi ki, Artsax adlı dövlət qurumu olmayacaq.
Erməni daşnaqları BMT Təşkilat Şurasında manipulyasıya edə bilmədi. Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanda onlarla millətin nümayəndəsi yüzillərlə azərbaycanlılarla bərabərhüquqlu yaşayıb və Azərbaycanda heç vaxt millətlər arasında ayrıseçkilik olmayıb.
Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin də bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyasını təmin edəcəkdir. Lakin Ermənistan rəsmən ayrı-seçkilik siyasəti yürüdərək Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyasına mane olur.
Azərbaycan tərəfinin BQXK vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanı mövcuddur. Ağdamdan Xankəndinə cəmi 23 kilometr yoldur. Və bu keçid eyni zamanda erməni sakinlər üçün tam təhlükəsizdir.
Ermənistan Azərbaycan ərazisində yaşayan ermənilərə guya humanitar yardım etmək istəyi siyasi və təxribat məqsədi daşıyır.
Ermənistan daha bir fırıldağa əl atmağa çalışıb. BMT TŞ-na müraciət edib ki, guya Azərbaycan Laçın dəhlizini blokadaya almaqla Qarabağ ərazisində yaşayan ermənilərə qarşı soyqırım törədərək onları aclığa məruz qoyub.
Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçür oldu.
Beynəlxalq Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlət, eləcə də qardaş Türkiyə Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar Azərbaycan
tərəfindən təklif olunan Ağdam-Xankəndi yolunu dəstəkləyir. İclas zamanı Azərbaycanı dəstəkləyən Albaniya, Braziliya və digər ölkələrin nümayəndələri beynəlxalq hüquqa söykənən ədalətli mövqe sərgiləmişlər.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident