Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...

Tarix:18-09-2023, 11:50

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...

Mərkəzi Asiya ölkələri dedikdə, türk dövlətləri olan Qazaxıstan, Tükmənistan, Qırğızıstan, Özbəkistan, Monqolustan və Tacikistan gəlir. Bu ölkələr okeanlardan uzaqda yerləşir.

Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi, mədəni, siyasi əlaqələrlə bu ölkələrlə sıx bağlıdır. Azərbaycanla Mərkəzi Asiya əlaqələrində əsas yerlərdən birini qarşılıqlı səfərlər tutur.

Mərkəzi Asiya dövlətləri də yaxın dost, qardaş olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Onlar Vətən müharibəsində də Azərbaycanın haqq işinə dəstək veriblər. Ölkəmizdə işğaldan azad olmuş ərazilərimizdə aparılan bərpa yenidənqurma işlərinə töhfələr verirlər. Bu yaxınlarda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin özbək xalqı adından Füzulidə açılan Mirzə Uluqbəy adına 1 nömrəli məktəbin xüsusi yeri var.

Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət sayəsində, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın bütün dünyada nüfuzu artıb. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı durmadan artır.

Bu günlərdə ölkə Prezidentinin Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq kimi iştirakı dövlət başçımızın şəxsi nüfuzunun yüksəlməsinin bariz nümunəsidir. Bu ilk dəfədir ki, Məşvərət görüşündə regiondan kənar ölkənin rəhbəri iştirak edir. Bu tədbir çərçivəsində Prezident İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşüb. Prezident İlham Əliyevin bu Məşvərət görüşündəki çıxışı beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə xidmət edəcək və xüsusi önəm daşıyacaq. Regionlar arasında əməkdaşlığın yeni formatına və xalqlarımızın yaxınlaşmasına səbəb olacaq.

Qarşılıqlı ticarət əlaqələri və sərmayə fondları yaradılıb. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda yaratdığı Ələt Azad İqtisadi Zonasına maraqlar artır. Azərbaycan Mərkəzi Asiya, Türkiyə və Avropa bazarları üçün nəqliyyat və logistika sahəsində mühüm yer tutur. Bakı-Tbilisi-Qars dəmir yolu Şərq-Qərb marşrutu ilə yükdaşımalara xidmət edir. Prezident çıxışında vurğulayıb ki, bu yol tərəfimizdən müasirləşdirilir, daşınma yüklərinin həcmi artır. Eyni zamanda Xəzər dənizində 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasının olması da, Mərkəzi Asiyadan göndərilən yüklərin artan tələbatını ödəmək üçün imkanları genişləndirəcək.

Eyni zamanda dövlət başçısı qeyd edib ki, “Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır”.

Prezident İlham Əliyevin Tacikistana səfəri, Məşvərət görüşündə iştirakı qardaş ölkələrlə mövcud olan qarşılıqlı, faydalı əməkdaşlığımızda yeni səhifələr açacaq, münasibətlərimizi genişləndirəcək, eləcə də dövlətimizin beynəlxalq nüfuzunu yüksəldəcək. Bu görüş Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ələqalərdə açılan yeni üfüqlər gələcək üçün yaxşı perspektivlər vəd edib.

Təyyubə Hüseynova
Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru,
əməkdar müəllim

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün