Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər

Tarix:27-09-2023, 12:53

Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər

Abşeron rayonunda 27 Sentyabr - Anım Günü ilə əlaqədar bir sıra tədbirlər keçirilib.

Rayon ümumtəhsil məktəblərində dərslər Anım Gününə həsr olunub. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xırdalan şəhərində Vətən Müharibəsi Qəhrəmanı Veysəl Usubovun adını daşıyan 5 saylı tam orta məktəbdə şagirdlərlə görüşərək Anım Günü ilə bağlı söhbət edib, qəhrəman şəhidimiz V.Usubovun büstünün önünə gül dəstələri qoyulub. Tədbirdə Veysəl Usubovun ailə üzvləri və qazilər iştirak ediblər.

Sonra Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan abidənin qarşısına gül dəstələri qoyulub, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Anım Gününə həsr olunmuş tədbir Xırdalan şəhəri Heydər Əliyev adına Parkda davam edib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə xalqımız 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq 30 illik Vətən həsrətinə son qoyub. Torpaqlarımızın azad edilməsi ilə bərabər şəhidlərimizin də qisasının alındığını vurğulayan A.Fərzəliyev qeyd edib ki, Qarabağda olan xunta rejimi cəmi 24 saat ərzində keçirilən antiterror tədbirləri nəticəsində tərk-silah olunub.

Rayon icra hakimiyyətinin başçısı işğaldan azad olunmuş torpaqlarda geniş vüsət almış bərpa və yenidənqurma işlərinin sürətlə aparıldığını, soydaşlarımızın öz yurdlarına döndüyünü və Qarabağda həyatın yenidən canlandığını vurğulayıb.

Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, Vətən müharibəsi iştirakçısı Vasif Allahverdiyev və başqaları çıxış edərək, Ordumuzun döyüş meydanında düşmənə necə diz çökdürdüyündən söz açıblar.

Sonra şəhid övladları hazırladıqları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim edərək, Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş ataları haqqında danışıblar.

Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər
Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər
Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər
Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər
Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər
Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər
Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər
Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Müəllim yalnız dərs demir, gələcək yetişdirir

Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı

Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir

Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır

Suverenliyimizin tam bərpa olunduğu tarixi gün