Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır

Tarix:23-11-2023, 16:17

Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır

Azərbaycan Prezidentinin yüksək səviyyədə uğurlu siyasəti və eyni zamanda Ermənistan üzərində tarixi Qələbəmizdən sonra Respublikamızın dünya miqyasında nüfuzu getdikcə artır. Bunun nəticəsidir ki, son illər Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin də sayı artmaqdadır. Respublikamızın nüfuzunun artmasının göstəricisindən biri də bu günlərdə İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfər etməsidir.
Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər 30 mart 1992-ci il tarixdən qurulmuşdur. Həmin il İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılmışdır. 2016-cı ilin oktyabr ayında isə Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlayıb. Bu vaxta qədər Azərbaycan və İraq respublikaları arasında müxtəlif sahələrdə 5 sənəd imzalanıb.
Onu da qeyd edim ki, hələ 02 yanvar 1992-ci il tarixdən İraq Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb.
Noyabr ayının 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Respublikamıza rəsmi səfər edib.
Bu diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu səfəri tarixi səfər adlandırmaq olar. Bu səfər olduqca önəmli səfərdir və inanırıq ki, səfər ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərini daha da gücləndirəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Biz təkbətək görüşümüz zamanı və nümayəndə heyətləri ilə görüşdə ikitərəfli gündəliyimizin bir çox məsələlərini müzakirə etdik. Faktiki olaraq gələcək əməkdaşlığımız üçün əsas istiqamətləri müəyyənləşdirdik. Biz sözsüz ki, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməyə davam edəcəyik. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. Biz BMT- də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik”.
Cənab İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidin qonşu Ermənistan respublikasına da səfərə gedəcəyini nəzərə alaraq iki ölkə arasındakı hazırkı vəziyyətlə bağlı onu məlumatlandırıb. Qeyd edib ki, 1990-cı illərin əvvəllərindən Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, bu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi, etnik təmizləmə siyasəti həyata keçirdi ki, bu da bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması ilə nəticələndi.
Azərbaycan Prezidenti İraq Prezidenti ilə görüşdə bir sıra vacib məqamlara da toxunub. Eyni zamanda, bütün bunlara baxmayaraq Azərbaycanın sülh tərəfdarı olduğunu da vurğulayıb.
Bəli, Azərbaycan xalqı sülhsevər xalqdır. Lakin münaqişənin sülh yolu ilə nizamlanmasını istədiyimiz halda 30 illik işğal müddətində işğal edən və işğal olunan tərəf demək olar ki, eyni tutulurdu.
BMT-nin və ATƏT-in Minsk qrupunun Azərbaycanın ərazilərini qeyd şərtsiz azad edilməsi barədə verdikləri bəyanatlara Ermənistan tərəfi məhəl qoymurdu. Azərbaycan bir çox danışıqlar apardı. Son ana qədər sülh yolu ilə torpaqlarımızın boşaldılmasını istədi. Ermənistan isə onu dəstəkləyən, silahlandıran ölkələrə arxayın olaraq öz təcavüzkarlığından əl çəkmədi.
Azərbaycan nəhayət öz gücü ilə öz torpaqlarını cəmi 44 gün ərzində işğaldan azad etdi. Ermənistan kapitulyasiya aktına imza atdı. Lakin yenə heç bir qayda-qanuna əməl etməyərək, terror törətməyə davam etdi. Bu müddət ərzində də Qərb dairələri qərəzli şəkildə Azərbaycana təzyiq göstərməyə, nədəsə ittiham etməyə çalışırdılar.
Azərbaycan buna 3 il dözdu. Sülh yolu ilə, danışıq yolu ilə, heç bir qan tökülmədən tarixi torpaqlarımızın geri qaytarılacağını gözlədi. Nəhayət Azərbaycan beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazisində antiterror əməliyyatı apardı. Bu əməliyyat cəmi 23 saat davam etdi və mülki əhali arasında heç bir itki olmadı. Ərazilərimiz tamamilə terrorçulardan təmizləndi.
Bütün bunlara baxmayaraq Ermənistan bu gün də Fransa kimi bir ölkəyə arxayın olub yenidən müharibə etməyə hazırlaşır. Lakin Ermənistan bilməlidir ki, heç kim Azərbaycan xalqının özünə, Azərbaycanın Silahlı Qüvvələrinə, Müzəffər Ali Baş Komandanına olan inamını qıra və təzyiq göstərə bilməz.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Azərbaycan sülhə hazırdır. Biz sülhə hazırıq, lakin ədalətli sülhə. Hər iki ölkənin bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq”.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Qalib xalqın qalib idmançıları
Qalib xalqın qalib idmançıları
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Ömrünü xalqına həsr edən Dahi Lider
Ömrünü xalqına həsr edən Dahi Lider
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Abşeronda ekoloji məsuliyyətə töhfə verən növbəti təşəbbüs həyata keçirilib
Abşeronda ekoloji məsuliyyətə töhfə verən növbəti təşəbbüs həyata keçirilib
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür