Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda Narkotik vasitələrdən istifadə etməyin risk amilləri mövzusunda təlim keçirilib

Tarix:1-12-2023, 14:18

Abşeronda Narkotik vasitələrdən istifadə etməyin risk amilləri mövzusunda təlim keçirilib

Abşeron rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə birgə Heydər Əliyev Mərkəzində “Narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkomanlığa qarşı mübarizə üsulları” mövzusunda təlim keçirilib.

Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyasının sədri Gülnar Rəhimova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə üzrə İdarəsinin şöbə rəisinin müavini Anar Tahirov, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Ramin Allahverdiyev və rayon üzrə ümumitəhsil məktəblərinin direktorları, Ağsaqqallar Şurasının inzibati ərazi üzrə rəhbərləri, məktəb psixoloqları, tibb baçıları, Uşaq Birliyi rəhbərləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyi, səhiyyə, mədəniyyət və idman sektorunun rəhbərləri , o cümlədən gənclər, tələbələr və ictimayyətin nümayəndələri iştirak ediblər.

Çıxışçılar narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparıblar.
Toplantıda həmçinin RİH başçısı aparatı yanında fəaliyyət göstərən “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun, və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın üzvləri, o cümlədən tədbirdə iştirak edən mütəxəssislər “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.19 “Narkotiklərdən zərər çəkmiş uşaqların fərdi reabilitasiyasının və cəmiyyətə reinteqrasiyasının həyata keçirilməsi” yarımbəndinin icrası ilə bağlı Abşeron rayonunda keçirilən tədbirlər barədə ətraflı məlumat verərək bu sahədə fəaliyyətin gücləndirilməsinə dair müvafiq tövsiyyələr verib, habelə uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkilinin vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, bu gün narkomaniyadan və zorakılıqdan zərər çəkmiş uşaqlara özündə psixoloji, hüquqi, tibbi yardımı əks etdirən reabilitasiyanın keçməsi və cəmiyyətə reinteqrasiyası komisyanın işçi qrupu tərəfindən aparılan fəaliyyətin əsas istiqamətlərindən biridir.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

Abşeronda Narkotik vasitələrdən istifadə etməyin risk amilləri mövzusunda təlim keçirilib
Abşeronda Narkotik vasitələrdən istifadə etməyin risk amilləri mövzusunda təlim keçirilib
Abşeronda Narkotik vasitələrdən istifadə etməyin risk amilləri mövzusunda təlim keçirilib
Abşeronda Narkotik vasitələrdən istifadə etməyin risk amilləri mövzusunda təlim keçirilib
Abşeronda Narkotik vasitələrdən istifadə etməyin risk amilləri mövzusunda təlim keçirilib
Abşeronda Narkotik vasitələrdən istifadə etməyin risk amilləri mövzusunda təlim keçirilib
Abşeronda Narkotik vasitələrdən istifadə etməyin risk amilləri mövzusunda təlim keçirilib
Abşeronda Narkotik vasitələrdən istifadə etməyin risk amilləri mövzusunda təlim keçirilib
Abşeronda Narkotik vasitələrdən istifadə etməyin risk amilləri mövzusunda təlim keçirilib

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Müəllim yalnız dərs demir, gələcək yetişdirir

Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı

Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir

Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır

Suverenliyimizin tam bərpa olunduğu tarixi gün