Absheron Media
Haqqımızda Bizimlə əlaqə

COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda yüksək səviyyədə keçiriləcəkdir

Tarix:19-12-2023, 14:51

COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda yüksək səviyyədə keçiriləcəkdir

Azərbaycan öz siyasəti, prinsipiallığı sayəsində, beynəlxalq hüquqa riayət edərək tam hazırlıqlı ordusu ilə öz tarixi torpaqlarını cəmi 44 gün ərzində işğalçılardan təmizlədi. Öz suverenliyini bərpa etdi. Bütün dünya Azərbaycanın gücünü gördü. Beynəlxalq aləmdə dövlətimizin hörməti və nüfuzu daha da artdı.
Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı humanitar normalara riayət edərək antiterror tədbirləri keçirdi. Antiterror tədbirləri zamanı bir nəfər mülki şəxsə belə zərər toxunmamışdı. Hətta erməni əsilli vətəndaşlara Qarabağda Azərbaycan vətəndaşı kimi qalıb yaşamaq təklif olunmuşdu. Lakin bir sıra Qərb ölkələri, Fransa da daxil olmaqla antiterror tədbirlərindən sonra Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməyə başladılar.

Çox maraqlıdır ki, məğlub edilən ölkə olan Ermənistan belə bu vəziyyətlə barışıb. Lakin digər Qərb ölkələri və əsasən də Fransa bu barışığın baş tutmasını istəmir.
Bütün bunlara baxmayaraq antiterror tədbirlərindən cəmi 2 ay yarım sonra bütün beynəlxalq aləmin hər bir üzvü BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsinə razılıq vermişdir. Onu da qeyd edim ki, Ermənistan da bunu qəbul edərək öz nümayəndəsinin iştirakını təmin edib.

COP 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində Ali qərarların verilməsi üçün yaradılmış qurumdur. Konvensiyaya tərəfdaş olan, onu ratifikasiya edən 198 ölkə COP-da təmsil olunur. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaqdır. Konvensiyanın ali məqsədi isə iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır.

2024-cü ilin 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək konfransda dünyanın 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfər nümayəndə heyətinin Bakıya gəlməsi gözlənilir.

Çox qürurverici haldır ki, bütün postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikası bu mötəbər sessiyaya ev sahibliyi edəcək. Bu etimad Azərbaycanın bütün dünyada nüfuzunun getdikcə artması deməkdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin nüfuzu, uzaqgörən siyasəti və bacarığı sayəsində Azərbaycan bütün dünyada humanist, sülhsevər, beynəlxalq qanunlara riayət edən ölkə kimi tanındı.

120 ölkənin dəstəyi ilə Azərbaycan Qoşulmama Hərəkatına 4 il sədrlik etdi. Sədrlik hətta sonradan bir il də uzadıldı. Prezidentimizin irəli sürdüyü qlobal təşəbbüslər beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Bir çox humanist addımlar atılıb.

Azərbaycan təhlükəsiz, humanist, multikultural, tolerant bir dövlət kimi bütün dünyada hörmət qazandı.
Dekabr ayının 15-də COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi.

Cənab İlham Əliyev müşavirədə irimiqyaslı beynəlxalq tədbirlərin üzərimizə böyük məsuliyyət qoyduğunu vurğuladı. Qeyd etdi ki, biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdi. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq.

Ətraf mühit, iqlim ümumbəşəri mahiyyətlidir. Ətraf mühiti qorumaq bu gün çirklənməkdə olan planetimiz üçün olduqca vacibdir. Azərbaycan ətraf mühitin təmizlənməsinə həmişə həssaslıqla yanaşıb. Azərbaycanda daim havanın təmizlənməsi üçün ağaclar əkilir, meşəliklər salınır və eyni zamanda bir çox qlobal işlər görülür. Hətta işğaldan azad olunmuş torpaqlarımızdan ermənilərin kəsib satdığı, yandırdığı meşəliklər də tədricən bərpa olunur.

Vətən müharibəsindən dərhal sonra cənab Prezidentimiz Qarabağı, Şərqi Zəngəzuru, Naxçıvanı “yaşıl enerji bölgəsi” adlandırıb. Bu istiqamətdə digər bölgələrimizdə də genişmiqyaslı işlər görülür. Yaşıl enerjinin növlərinin yaradılması üzərində işlər aparılır, və yaşıl enerjinin dünya bazarına çıxarılması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.

COP29-un Azərbaycanda keçirilməsi, Azərbaycanın bu konfransa ev sahibliyi etməsi hər birimizin sevincinə səbəb olub.

Biz inanırıq ki, beynəlxalq konfrans Azərbaycanda yüksək səviyyədə keçiriləcək.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident