Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İlham Əliyev kimi güclü liderin rəhbərliyi altında qlobal nailiyyətlərə imza atmaq mümkündür

Tarix:21-12-2023, 16:30

İlham Əliyev kimi güclü liderin rəhbərliyi altında qlobal nailiyyətlərə imza atmaq mümkündür

Doğma Azərbaycanımızın müstəqillik yaşı o qədər də çox deyil. Vətənimiz müstəqilliyinə çox ağır günlərində qovuşdu. Torpaqlarımızın 20 faizdən çoxu ermənilər tərəfindən işğal olunmuş, bir milyona yaxın soydaşımız əzəli-əbədi torpaqlarından didərgin düşmüşdü. Lakin buna baxmayaraq, dövlətimiz çətin sınaqlardan, keşməkeşli yollardan keçərək gəlib bugünkü inkişaf səviyyəsinə çatdı. Həmin illərdə qazanılan nailiyyətlər dahi rəhbər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın keçdiyi tarixi bir yoldur. Hamıya məlumdur ki, bugünkü müstəqil Azərbaycan dövlətinin qurucusu-memarı Heydər Əliyevdir.

2003-cü il oktyabr ayının birində Ulu Öndər Heydər Əliyev xalqa müraciətlə demişdi: “Üzümü Sizə-həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyasının sədr müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, proqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Artıq 20 ildir ki, Azərbaycana bu böyük insanın siyasi varisi rəhbərlik edir. Cənab İlham Əliyev Heydər Əliyevin yalnız siyasi deyil, eyni zamanda onun həyat məktəbinin yetirməsidir. Cənab Prezidentimiz Ulu öndərin siyasi kursunu böyük uğurla davam etdirir.

15 oktyabr 2023-cü il tarixdə işğaldan tamamilə azad edilmiş Xankəndi şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək demişdir: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.

Xalq öz Prezidentini sevir, ona inanır və dəstəkləyir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk dəfə 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizdən çoxu İlham Əliyevin lehinə səs verib.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 84,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2018-ci ilin aprel ayının 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Verdiyi sözə həmişə əməl edən cənab Prezident İlham Əliyev Azərbaycanda olduğu kimi eyni zamanda, beynəlxalq miqyasda da yüksək səviyyədə liderlik keyfiyyətlərini nümayiş etdirən, olduqca savadlı, inamlı siyasətçi lider kimi tanınır və qəbul olunur.

İlham Əliyevin rəhbərliyi dövründə respublikamızda olduqca ciddi işlər görülmüşdür, qlobal layihələr reallaşmışdır.

Son 20 ildə ölkəmiz sosial-iqtisadi sahədə bir çox nailiyyətlər əldə etmişdir. Belə ki, Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub.

Son 20 il ərzində ümumi daxili məhsul 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-in real həcmi 4 dəfə artıb. Dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur.

20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb.

Qeyri-neft-qaz ÜDM-i 4,1 milyard ABŞ dollarından 41,1 milyard ABŞ dollarına çatıb. Qeyri-neft ixracı 0,6 milyard ABŞ dollarından 3,05 milyard ABŞ dollarına yüksəlib. Strateji valyuta ehtiyatları 1,4 milyard ABŞ dollarından 66,1 milyard ABŞ dollarına yüksəlib.

İqtisadiyyata yönəldilən investisiyalar 2,8 milyard ABŞ dollarından 17,1 milyard ABŞ dollarına yüksəlib. 2003-2022-ci illərdə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib. Sənayedə məhsul istehsalının həcmi 4,0 milyard manatdan 86,4 milyard manata qədər yüksəlib.

Dövlət tərəfindən həyata keçirilən dəstək tədbirləri nəticəsində 2003-2022-ci illər ərzində iqtisadi artımın əlavə hərəkətverici qüvvəsi olan qeyri-neft-qaz sənayesində yaradılmış əlavə dəyər real olaraq 4,7 dəfə artıb. Dövlət proqramları əsasında regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir.

Ötən müddət ərzində əsas hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 450-dən çox uşaq bağçası, 760-a yaxın tibb müəssisəsi, 17 min kilometrdən çox avtomobil yolu, 500-dən çox körpü və tunellər tikilib və ya təmir olunub, 43 Olimpiya İdman Kompleksi tikilib.

Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 12 milyard manatdan artıq vəsait ayrılmışdır.

Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində 300 mindən artıq iş yeri açılıb, 220 mindən çox şəxs səhm sahibi olub.

Azərbaycana və onun böyük siyasətçi, uzaqgörən liderinə beynəlxalq arenada inam, etibar və hörmət durmadan artır.

Azərbaycan MDB məkanında birinci ölkədir ki, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildi. 2019-cu ildə isə 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatına sədr seçildi və mühüm təşəbbüslərə uğurlu işlərə görə sədrlik bir il də artırıldı.

Sədrlik müddətində respublikamızın həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri peyvənd millətçiliyinə qarşı mübarizə aparması oldu. Təsadüfi deyil ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama hərəkatı tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVİD-19” pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlər bərabər, məqbul qiymətə, vaxtında təmin edilməsinə dair qətnamələr qəbul edildi.

Respublikamız İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində, o cümlədən bir çox digər təşkilatlar çərçivəsində uğurlu fəaliyyət göstərdi. Azərbaycan 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdi. Azərbaycan eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatına da 10 milyon ABŞ dolları dəyərində könüllü yardım etdi.

Bütün bunlar həm də onu göstərir ki, bir vaxtlar yardım alan ölkə indi digər ölkələrə yardım edir. Bu da Azərbaycanın keçdiyi inkişaf yolunun əldə etdiyi iqtisadi nailiyyətlərin göstəricisidir və olduqca qürurvericidir.

Bu uğurlu işləri ilə Azərbaycan göstərdi ki, İlham Əliyev kimi güclü liderin rəhbərliyi altında qlobal nailiyyətlərə imza atmaq mümkündür.

Bu müddətdə ordu quruculuğuna ciddi önəm verildi. Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.

Məhz İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Bu gün nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstəricisi əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sıralarında yer alır.

2020-ci il sentyabr ayının 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərbi elminin tarixində də mühüm izlər qoydu.

Döyüşlərdə rəşadət, qəhrəmanlıq göstərərək bir addım belə geri atmayan Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vurdu. Cəmi 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 300-ədək kəndi işğalçılardan azad etdi. İmzalanmış üçtərəfli bəyanata əsasən isə noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə laçın rayonları Azərbaycana təhvil verildi.

Antiterror əməliyyatları nəticəsində isə erməni separatçılarının yuva qurduğu doğma Xankəndimizdə Azərbaycan Bayrağı ucaldıldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq”.

Vətən müharibəsində xalq böyük inamla öz Prezidentinin ətrafında sıx birləşdi. Hər an Ali Baş Komandanın əmrinə hazır olduğunu bildirdi.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı quruculuq işləri gedir. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət kənd salınıb. Məşğulluq, məktəb, bağça, tibb müəssisələri, “DOST”, “ASAN” və bu kimi bir çox xidmət və iaşə obyektləri tikilib istifadəyə verilib. Bu gün Ağalı kəndi dünyanın ən müasir kəndlərindən biridir.

Artıq Böyük Qayıdış başlayıb. 30 il vətən həsrəti çəkən soydaşlarımız böyük sevinc hissi ilə öz dədə-baba yurdlarına köç edirlər. Burada onlar üçün hər bir şərait yaradılıb.
Artıq reallığa çevrilən Zəngəzur dəhlizi açılmaq üzrədir. Bu dəhlizin açılması isə bütün bölgə üçün yeni imkanlar açacaqdır. Bu nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir.

Biz Azərbaycan xalqı olaraq Ali Baş Komandanımızla ilə fəxr edirik. İnanırıq ki, xalqını, vətənini canından artıq sevən, böyük siyasətçi İlham Əliyevin başçılığı ilə vətənimiz daha da çiçəklənəcək, xalqın rifah halı günü-gündən yaxşılaşacaq.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Azərbaycanın mövcud resursları Avropanın daha geniş coğrafiyasını qazla təmin etməsinə imkan yaradır
Azərbaycanın mövcud resursları Avropanın daha geniş coğrafiyasını qazla təmin etməsinə imkan yaradır
Abşerondakı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir
Abşerondakı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir
Yeni Azərbaycan Partiyası ölkənin perspektiv inkişafında mühüm rol oynayır
Yeni Azərbaycan Partiyası ölkənin perspektiv inkişafında mühüm rol oynayır
Abşeron ümumtəhsil müəssisələrində imtahanqabağı silsilə tədbirlər keçirilib
Abşeron ümumtəhsil müəssisələrində imtahanqabağı silsilə tədbirlər keçirilib
Abşeronda Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib
Abşeronda Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib
Xocalıda soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Memorial Kompleksin təməli qoyuldu
Xocalıda soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Memorial Kompleksin təməli qoyuldu
Novruz bayramı ərəfəsində Abşeron rayonunda abadlıq-təmizlik işlərinə başlanılıb
Novruz bayramı ərəfəsində Abşeron rayonunda abadlıq-təmizlik işlərinə başlanılıb
Abşeronda şəhidlərimiz anılıb, müalicə alan qazilərimizə baş çəkilib
Abşeronda şəhidlərimiz anılıb, müalicə alan qazilərimizə baş çəkilib
Bəşəriyyətə qarşı cinayət – Xocalı soyqırımı
Bəşəriyyətə qarşı cinayət – Xocalı soyqırımı
Abşeron rayonunda silsilə tədbirlər keçirilib
Abşeron rayonunda silsilə tədbirlər keçirilib
Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməli və bu faciəni törədənlər ədalət məhkəməsinə çəkilməlidirlər
Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməli və bu faciəni törədənlər  ədalət məhkəməsinə çəkilməlidirlər
Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir yerdə olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək
Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir yerdə olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək
Abşeron rayonundan 5000 kitab əsgərlərə göndərilib
Abşeron rayonundan 5000 kitab əsgərlərə göndərilib
Növbədənkənar Prezident seçkilərində qalib xalq qalib liderinə səs verdi
Növbədənkənar Prezident seçkilərində qalib xalq qalib liderinə səs verdi
Şəhid kəşfiyyatçı-kapitan Veysəl Musibovun anadan olmasının 35-ci ildönümü qeyd edilib
Şəhid kəşfiyyatçı-kapitan Veysəl Musibovun anadan olmasının 35-ci ildönümü qeyd edilib
Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında hüquqları bərpa edilməlidir
Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında hüquqları bərpa edilməlidir
Azərbaycanda həyata keçirilən gənclər siyasəti ölkədə gənc nəslin ictimai-siyasi həyatındakı rolunu artırdı
Azərbaycanda həyata keçirilən gənclər siyasəti ölkədə gənc nəslin ictimai-siyasi həyatındakı rolunu artırdı
Abşeronda istifadəyə verilən yeni uşaq bağçasının bütün əməkdaşları şəhid və qazi ailələrinin üzvləridir
Abşeronda istifadəyə verilən yeni uşaq bağçasının bütün əməkdaşları şəhid və qazi ailələrinin üzvləridir
Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsinin dondurulmasının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur
Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsinin dondurulmasının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur