Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 18-ci ildönümü və işçilərinin peşə bayramı qeyd edilib

Tarix:16-12-2023, 14:56

Abşeron rayonunda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 18-ci ildönümü və işçilərinin peşə bayramı qeyd edilib

Abşeron rayonunda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 18-ci ildönümü və işçilərinin peşə bayramı qeyd edilib. Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev və FHN-nin Sumqayıt Regional Mərkəzinin əməkdaşları iştirak edib. A.Fərzəliyev FHN əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz düşmən üzərində şanlı qələdə qazandıqdan sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir. O cümlədən ərazilərin minalardan, eləcə də partlamamış silah-sursartla çirklənmiş yurdlarımızın təmizlənməsi istiqamətində FHN əməkdaşlarının qorxmaz fəaliyyəti danılmazdır. Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyi bütün ölkə ərazisində olduğu kimi Abşeron rayonunda da əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələrinin öhdəsindən layiqincə gəlir. Rayon ərazisində baş verən yanğınların operativ müdaxilə sayəsində söndürülməsi təmin olunub. O cümlədən cari il ərzində də yanğından mühafizə sahəsində əməliyyat şəraiti diqqət mərkəzində saxlanılıb, yanğın hadisələrinin qarşısı çevik surətdə alınaraq yayılmasına və ağır fəsadlarla nəticələnməsinə imkan verilməyib.

FHN Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev bildirib ki, respublikamızda Mülki Müdafiənin təşkili və inkişafı qüdrətli Azərbaycanın memarı, əbədiyaşar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin siyası zəkası və istedadı sayəsində yeni Azərbaycan, digər sahələrdə olduğu kimi, təbii və texnogen xarakterli fəlakətlərdən əhalinin etibarlı şəkildə mühafizəsinin təşkili məsələlərini diqqət mərkəzində saxlanıldı, qloballaşan dünyanın çağırışlarına yeni iqtisadi inkişaf modeli ilə cavab verdi. Bu siyasət Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla həyata keçirilərək, əhalinin təhlükəsizliyi və ərazilərin mühafizəsi problemlərinin həllinə yönələn mühüm tədbirlərin icrası ilə davam etməkdədir.

Qeyd edilib ki, cari ildə də yanğın nəzarəti məqsədilə sosial, sənaye, nəqliyyat, rabitə, kənd təsərrüfatı obyektlərində, xidmət sahələrində və digər təyinatlı obyektlərdə yanğın-tехniki müayinələr aparılıb, aşkar еdilmiş çatışmazlıqların aradan qaldırılması üçün qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Daha sonra xidmətdə fərqlənən bir qrup əməkdaşa Fəxri Fərmanlar təqdim olunub.

Abşeron rayonunda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 18-ci ildönümü və işçilərinin peşə bayramı qeyd edilib
Abşeron rayonunda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 18-ci ildönümü və işçilərinin peşə bayramı qeyd edilib
Abşeron rayonunda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 18-ci ildönümü və işçilərinin peşə bayramı qeyd edilib
Abşeron rayonunda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 18-ci ildönümü və işçilərinin peşə bayramı qeyd edilib
Abşeron rayonunda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 18-ci ildönümü və işçilərinin peşə bayramı qeyd edilib
Abşeron rayonunda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 18-ci ildönümü və işçilərinin peşə bayramı qeyd edilib

Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu

Konstitusiyamız milli dövlətçilik ənənələrimizin və demokratik dəyərlərimizin təcəssümüdür

Azərbaycan bayrağı xalqımızın birliyi və şəhidlərimizin əbədi yadigarıdır

9 Noyabr Dövlət Bayrağı Günü milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzidir

Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol

Qələbəyə aparan yol və Böyük Qayıdış
Qələbəyə aparan yol və Böyük Qayıdış
Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır

Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu

Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır

Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Orta Dəhlizdə Azərbaycanın artan rolu...