Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bəşəriyyətə qarşı cinayət – Xocalı soyqırımı

Tarix:26-02-2024, 14:21

Bəşəriyyətə qarşı cinayət – Xocalı soyqırımı

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 32-ci ildönümü yad edilib.

Mərasim iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər düzərək, xatirəsini ehtiramla anıblar.

Sonra Abşeron məktəbliləri tərəfindən “Xocalıya qayıdış” mövzusunda hazırlanan rəsm sərgisinə baxış keçirilib.

Abşeron rayonunda məskunlaşan xocalılıların və şəhid ailələrinin iştirakı ilə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin, şəhidlərin və Xocalıda həyatlarını itirən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni oxunub.

Sonra rayon icra hakimiyyəti başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, RİH yanında İctimai Şuranın sədri, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, RİH əməkdaşı, Vətən müharibəsi şəhidi Səxavət Abbasovun anası Mayisə Abbasova, Xocalıdan olan Brilyant Hacıyeva və digərləri çıxış edərək, ermənilərin xalqımızın başına gətirdiyi misli görünməmiş müsibətlərdən danışıblar. Ermənilər tərəfindən sadəcə olaraq azərbaycanlı olduqlarına görə əliyalın, günahsız və silahsız insanlar qanına qəltan edilib, ahıl, qadın, uşaq olmalarına baxmayaraq, hamısı gülləbaran olunub və süngüdən keçirilib. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.

Qeyd edilib ki, Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilib. “Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür" – deyən Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Ümummilli Lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzalayıb. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub. Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" növbəti Fərman imzalayıb. “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanda deyilir ki, 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan olunması ilə nəticələndi.

Bildirilib ki, “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” – deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, hər zaman Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasına xüsusi önəm verib. Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan “Xocalıya ədalət!” kampaniyasının nəticəsidir ki, dünyanın 17 ölkəsi, ABŞ-ın 20-dən çox ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul ediblər. “Xocalıya ədalət!” kampaniyasınin məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır.

Qeyd edilib ki, Xocalı soyqırımının, eləcə də bütün şəhidlərimizin qisası döyüş meydanında layiqincə alınıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşməni diz çökdürüb. Bu gün Xocalı azaddır. Xocalılılar azad, təhlükəsiz şəkildə öz yurdlarına, evlərinə dönə bilirlər. Azərbaycan xalqının Zəfəri ilə 30 illik vətən həsrəti bitib.

Bəşəriyyətə qarşı cinayət – Xocalı soyqırımı
Bəşəriyyətə qarşı cinayət – Xocalı soyqırımı
Bəşəriyyətə qarşı cinayət – Xocalı soyqırımı
Bəşəriyyətə qarşı cinayət – Xocalı soyqırımı
Bəşəriyyətə qarşı cinayət – Xocalı soyqırımı
Bəşəriyyətə qarşı cinayət – Xocalı soyqırımı
Bəşəriyyətə qarşı cinayət – Xocalı soyqırımı
Bəşəriyyətə qarşı cinayət – Xocalı soyqırımı

Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Qalib xalqın qalib idmançıları
Qalib xalqın qalib idmançıları
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Ömrünü xalqına həsr edən Dahi Lider
Ömrünü xalqına həsr edən Dahi Lider
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Abşeronda ekoloji məsuliyyətə töhfə verən növbəti təşəbbüs həyata keçirilib
Abşeronda ekoloji məsuliyyətə töhfə verən növbəti təşəbbüs həyata keçirilib
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür