Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanın mövcud resursları Avropanın daha geniş coğrafiyasını qazla təmin etməsinə imkan yaradır

Tarix:4-03-2024, 14:04

Azərbaycanın mövcud resursları Avropanın daha geniş coğrafiyasını qazla təmin etməsinə imkan yaradır

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında Prezident İlham Əliyevin çıxışı dünyanın enerji siyasətində real çağırışların dəqiq təhlili və Azərbaycanın bu istiqamətdə hədəflərinə doğru qəti addımlarının təsviridir.

Ölkə başçısının enerji sahəsində müasir çağırışları obyektiv dəyərləndirməsi və bu istiqamətdə yeni, lakin ədalətli yol xəritəsi təklifi Azərbaycanın müttəfiqlərini də onunla əməkdaşlığa sövq edir. Albaniya da məhz belə ölkələrdəndir. Azərbaycanla Albaniyanın müxtəlif sahələrdə bir-birini dəsdəkləməsi və dostluq nümayiş etdirməsi, həmçinin, Albaniyanın Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində, TAP heyətinin üzvü qismində önəmli rol oynaması və oynamaqda davam etməsi iki ölkənin münasibətlərini müttəfiqlik müstəvisindən dostluq müstəvisinə daşımışdır.

Hazırda Azərbaycan altısı Avropa ölkəsi olmaqla 8 dövlətə qaz nəql edir. Bu, Azərbaycanla Avropa İttifaqı əməkdaşlığının genişlənməsi və enerji platformasında yeni təchizat coğrafiyasının yaranmasına səbəb olmuşdur.

Özəlliklə ölkə başçısının siyasi iradəsi əsasında reallaşan Cənub Qaz Dəhlizi layihəsi Avropa ölkələri üçün enerji sahəsində bir “nəfəslik” rolunu oynayır. Məhz Cənub Qaz Dəhlizi layihəsi və onun əsasında interkonnektor layihələrlə Avropa dövlətlərinə qaz təchizatının təmin edilməsi bəzi Qərb dairələrinin Azərbaycanın Avropa İttifaqının artan qaz tələbatını qarşılamağa qaz rezervlərinin kifayət etməyəcəyi haqqında tezislərini çürütmüşdür. Azərbaycanın mövcud resursları və qaz rezervləri interkonnektor layihələr əsasında Avropanın daha geniş coğrafiyasını qazla təmin etməsinə imkan yaradır.

2023-cü ildə Xəzərin Azərbaycana məxsus olan sektorunda “Abşeron” qaz-kondensat yatağının kəşfi enerji layihəsində şaxələndirmənin yeni mərhələsi olacaq.
Prezident İlham Əliyevin təbirincə desək, “Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək. İlk fazasından 1,5 milyard kubmetr həcmində hasilat gözlənilən “Abşeron” layihəsinin ikinci fazasından illik 4-5 milyard kubmetr hasilat olacağı təxmin edilir ki, bunun da böyük əksəriyyətinin beynəlxalq bazarlara ixracı planlaşdırılır. Məhz bu faktor qaz sektorunda Azərbaycanı daha güclü oyunçuya çevirəcək.

Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığının əldə olunması Azərbaycan üçün yeni alternativlərin yaranma imkanı deməkdir. Bu qaz enerjisi sahəsində həm şaxələndirmənin genişləndirilməsi, həm də alternativlərin formalaşması deməkdir. “Şahdəniz”, “Abşeron”, “Ümid” yataqlarından hasil olunan və hasilatın daha da artacağı gözlənilən qaz və kondensantın çoxluğu Azərbaycanın yalnız qazıntı yanacağı ilə kifayətlənməsi demək deyil. Azərbaycan qazıntı yanacağı ilə bərabər yaşıl enerjiyə keçiddə də uğurlu addımlar atmaqdadır və bunu dünyaya sübut edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də bunun sübutudur. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanın “ACWA Power” şirkətləri bərpa olunan enerji sahəsində Azərbaycanla geniş əməkdaşlıq edir və yaşıl enerji sahəsində uğurlu addımlar atılıb. Təbii ki, bu addımlar davam etdirilir və daha geniş planda tətbiq olunacağı ilə bağlı qarşılıqlı razılaşmalar var. Bu layihədə də nəzərdə tutulan prioritetlərdən biri Qara Dəniz vasitəsi ilə Avropaya yaşıl enerji ixracıdır. Belə demək mümkünsə, Azərbaycan yaxın gələcəkdə Avropa İttifaqının alternativsiz eneji ixracatçısına çevrilmə yolunda irəliləyir. Məhz Azərbaycanın yaşıl enerji sahəsində hazırladığı yol xəritəsi COP 29 kimi qlobal tədbirə rəsmi Bakının ev sahibliyi etməsinə şərait yaratdı. Cənab İlham Əliyevin qətiyyətli iradəsi sayəsində Azərbaycan, ona qarşı bildirilən məkrli fikirlərə baxmayaraq, qlobal iqlim dəyişikliyi ilə bağlı bu mötəbər layihənin ölkəmizdə keçirilməsi qərarının qəbuluna nail oldu. Təbii ki, yenə də Azərbaycanın əleyhinə olanlar bizi əsasız ittiham edərək qazıntı yanacağı olan bir ölkənin COP29-a ev sahibliyi edə bilməyəcəyini bildirdi. Rəsmi Bakı bu məsələdə daha obyektivdir və hesab edir ki, “qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir”.

Azərbaycanın dünyadakı nüfuzu və qlobal iqlim dəyişikliyinə verə biləcəyi töhvələr nəzərə alınaraq COP29-un Bakıda keçirilməsinə yekdilliklə razılıq verilmişdir. Azərbaycan enerji sahəsində atdığı addımlarda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əməl edərək Kioto protokoluna uyğun şəkildə karbon qazlarının atmosferə zərər verməsinin qarşısını almaq üçün yaşıl enerjiyə uğurlu keçid edir. Lakin bu keçid həm iqtisadi dəngələri, həm də ekoloji tarazlığı gözləməklə həyata keçirilməlidir. Ona görə də Cənub Qaz Dəhlizi layihəsinin şaxələndirilməsi və yaşıl enerjiyə keçid prosesi paralel şəkildə aparılmalıdır. Azərbaycanın bu istiqamətdə apardığı siyasət şəffafdır və beynəlxalq sferada da dəsdəklənməkdədir.

Səhər Orucova
Bakı Dövlət Universiteti nəzdində
İqtisadiyyat və Humanitar Kollecinin direktoru

Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib