Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə

Tarix:13-03-2024, 22:32

Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə


Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir.

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.

Bu gün Azərbaycan-Qazaxıstan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən uğurla davam etdirilir.

İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır.

Xalqımız 44 günlük Vətən müharibəsində Qazaxıstanın rolunu və sərgilədiyi mövqeyini heç vaxt unutmayacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq. Dünən haqq savaşımızda ölkəmizin yanında olan Qazaxıstan bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq prosesinə öz töhfələrini verir.

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri zamanı əməkdaşlığımızın əsas elementlərindən biri olan nəqliyyat-tranzit məsələsi müzakirə olundu. Dünyada Orta Dəhlizin əhəmiyyətinin artdığı bir zamanda Türk dünyasının güclü olması və ortaq mövqe sərgiləməsi olduqca vacibdir. Çünki əvvəllər Çindən dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına daşınması əgər 53 gün zaman alırdısa, hazırda bu, cəmi 18 günə mümkündür. Bu da əlavə böyük vaxt itkisinin aradan qaldırılması deməkdir. Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi vasitəsilə ölkəmizə ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır. Bu da dəhlizin gələcək inkişafından xəbər verir. Qeyd edək ki, hər iki ölkə TDT çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində xeyli işlər görüb. Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə olduğu kimi, enerji sektorunda da uğurlu əməkdaşlıq mövcuddur. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib. Qazaxıstanın xam neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə dünya bazarına çıxarılması buna əyani misaldır. Xam neftin Azərbaycanda emalı və onun dünya bazarına ötürülməsi uğurlu əməkdaşlıqdan xəbər verir.

Çox qürurvericidir ki, dövlət başçıları işğaldan azad olunmuş Füzuli şəhərində Qazaxıstan şirkəti tərəfindən inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Bu fakt qardaşlıq münasibətlərinin növbəti nümunəsidir.

Prezident Kasım-Jomart Tokayevin işğaldan azad olunmuş tarixi yurd yerlərimizə səfər etməsi Qazaxıstan dövlətinin işğal dönəmində ölkəmizin ərazi bütövlüyünün tanımasının siyasi yekunu olaraq qardaşlığın, birliyin və Azərbaycana olan sevgisinin ifadəsi kimi yadda qaldı.

Rövşən Rəcəbov
Abşeron Rayon İcra Hakimiyyəti başçısının
Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün