Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

Tarix:6-04-2024, 10:07

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır


Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə keçirilən görüşündə çıxış edən Prezident İlham Əliyev bir çox məsələlərin geniş müzakirə edildiyini bildirdi. Əməkdaşlıq haqqında müzakirə olunan bütün məsələlərlə bağlı fikirlərin üst-üstə düşdüyünü dedi. Vurğuladı ki, Konqo prezidentinin ölkəmizə səfəri bizim gələcək əməkdaşlığımıza çox müsbət təsir göstərəcəkdir.

Dövlət başçısı səfərdən sonra əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamika yaranacağını vurğuladı. Energetika və kənd təsərrüfatı sektorlarındakı əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparıldığını, fikir ayrılığı olmadığını qeyd edən dövlət başçımız COP29-la bağlı birgə işləməyə hazır olduğunu və verilən dəstəyə görə təşəkkürünü bildirdi.

Prezident dedi ki, bu gün, eyni zamanda, təhsil, mədəniyyət və digər sahələrdəki əməkdaşlıq imkanlarını da müzakirə etdik və apardığımız bütün müzakirələr bir daha göstərir ki, bizim vahid mövqeyimiz bu məsələ ilə bağlı vardır.
Sizin rəsmi səfərinizdən öncə Konqodan və Azərbaycandan nümayəndə heyətlərinin qarşılıqlı surətdə səfərləri təşkil edilmişdir. Bu, səfərə hazırlıq məqsədi daşıyan addımlar idi. Əminəm ki, bu gün imzalanacaq sənədlər və əldə edilmiş razılaşmalar bizim əməkdaşlığımızı böyük dərəcədə gücləndirəcək.

İki ölkə arasında əməkdaşlığa dair Bəyannamənin imzalanmasından sonra mətbuata açıqlamasında bu səfərin tarixi önəminə toxunan Prezident İlham Əliyev bir məqamı xüsusi vurğuladı. Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələrinin yaranacağına əminliyini bildirən dövlətimizin başçısı Bakının təşəbbüslərinə bu ölkənin hər zaman dəstək verdiyini bildirdi. Dövlətimizin başçısı belə bir zəmində Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafının da təmin edildiyinə diqqət çəkdi. Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın prioritetləri sırasında neokolonializmə qarşı mübarizə məsələlərinin də durduğunu qeyd edən cənab Prezident ölkəmizin xarici siyasətində bu sahənin xüsusi önəm daşıdığını bildirdi.

Onu da qeyd etmək lazımdır ki, həm tarixi, həm də çağdaş dünyanın tələbləri baxımından Azərbaycanın Afrika ölkələri ilə qarşıqlıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur. 30 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi uğurların Afrika ölkələrinin də marağına səbəb olduğunu deyə bilərik. İndi qarşılıqlı əməkdaşlığın üfüqlərini genişləndirməyin vaxtıdır.

Dövlət başçılarının imzaladığı əməkdaşlığa dair Bəyannamədə Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunmuş və müstəmləkəçilik irsinin və onların müxtəlif təzahürlərinin, habelə neokolonial təcrübənin yaratdığı problemlərin müzakirəsi üçün əlverişli şərait yaradan dekolonizasiya və neokolonializm üzrə beynəlxalq konfranslar silsiləsi ayrıca qeyd olunub.

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonu bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransına dəvət edən İlham Əliyev Azərbaycanın bu nüfuzlu tədbirə çox ciddi hazırlaşdığını, bu müstəvidə əməkdaşlığın məqsədəmüvafiq ola biləcəyini söylədi.

Azərbaycanla Konqo arasında əlaqələrdə tarixi anlar yaşandığını deyən Deni Sassu-Nqesson ünvanladığı bütün sorğulara müsbət cavab verdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə etdi. Konqonun istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər sahələrdə Azərbaycanla birlikdə mübarizə aparacağını əminliklə qeyd edən qonaq ölkəmizin iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu, eləcə də Bakının COP29-a yüksək səviyyədə davam edən hazırlıq işlərini də alqışladığını bildirdi.

Yeri gəlmişkən onu da qeyd edək ki, keçmiş Sovetlər Birliyi dönəmində Afrikanın müxtəlif ölkələrindən çox sayda tələbə Azərbaycanın ali məktəblərində, xüsusilə neft ixtisası üzrə təhsil alıb. Dünyanı cənginə almış koronavirus epidemiyası ilə mübarizədə isə ölkəmizin Afrikaya yardım əlini uzatması faktı Ümumdünya Səhiyyə Təşkilatının hesabatında məxsusi olaraq qeyd edilib. Azərbaycanın Afrika ölkələri ilə əlaqələri pandemiya dövründən sonra daha da genişlənmiş, ikitərəfli münasibətlər yeni istiqamətlərdə inkişaf etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında dedi: “Bu gün həm təkbətək görüş əsasında, həm də ki, heyətlərin iştirakı ilə görüşdə bir çox önəmli məsələlər müzakirə olundu, fikir birliyi ifadə edildi. Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir.

Biz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz sədrliyimiz dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hesab edirəm ki, hamımızın marağındadır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Biz bu təsisatın, bu hərəkatın gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparmışıq”.

Dövlət başçımız Qoşulmama Hərəkatına sədrlik dövründə bizim prioritetlərimizin içində neokolonializmə qarşı mübarizə məsələlərinin durduğunu, bu gün də belə olduğunu dedi: “Bizim xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır. Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və yenə də deyirəm ki, bu qurumun nəticələri göz qabağındadır”.

Azərbaycan Prezidenti bu səfəri tarixi səfər adlandırdı. İlk səfər olduğuna görə yox, məzmun, mahiyyət nöqteyi-nəzərindən də bu səfəri tarixi səfər adlandırdı. Bildirdi ki, ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açılır. Biz öz siyasi iradəmizi ortaya qoymuşuq və əminəm ki, əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacağıq.

Bəli, bu gün Azərbaycanın xoşməramlı çağırışları planetin bütün qitələrində eşidilir və geniş əks-səda verir. Fransa kimi avropalı müstəmləkəçilərin əlindən zülm çəkmiş, əsarətdə yaşamış Afrika ölkələrinin Bakının bununla bağlı sağlam və xoşməramlı siyasətini dəstəkləməsi tam təbiidir. Artıq Azərbaycanı özünə dost ölkə seçmiş Konqo bu sırada birincilərdəndir.

Səlim Məmmədov,
Abşeron rayonu, Masazır kənd 5 nömrəli tam orta məktəbin direktoru

Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Qalib xalqın qalib idmançıları
Qalib xalqın qalib idmançıları
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Ömrünü xalqına həsr edən Dahi Lider
Ömrünü xalqına həsr edən Dahi Lider
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Abşeronda ekoloji məsuliyyətə töhfə verən növbəti təşəbbüs həyata keçirilib
Abşeronda ekoloji məsuliyyətə töhfə verən növbəti təşəbbüs həyata keçirilib
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür