Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

Tarix:1-08-2024, 14:29

Abşeronda “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

Abşeronda “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili Günü”nə həsr olunmuş “Azərbaycan ədəbi dilinin düzgün tətbiqi” adlı maarifləndirmə tədbiri keçirilib. Rayon Mədəniyyət Mərkəzində keçirilən görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova, rayon ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələri - muzey, kitabxana və mədəniyyət evlərinin bir qrup rəhbər işçi heyəti, o cümlədən Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edib.

G.Rəhimova çıxış edərək qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi qeyd olunması, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirmişdir. G.Rəhimova qeyd edib ki, ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, onun tərəfindən “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixliI, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında 14 yanvar 2004-cü il tarixli, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” 30 dekabr 2007-ci il tarixli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” na dair 9 aprel 2013-cü il tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları, eləcə də 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanları dilimizin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb ediib. G.Rəhimova idarə, təşkilat və müəssisələrdə, o cümlədən dövlət idarəçiliyi və mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin keçirilməsinin vacibliyini qeyd etdi.

Daha sonra “Abşeron “ qəzetinin redaktoru Şəhla Ağbulud, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, “AZTV”-nin redaktoru Avdı Qoşqar, şair, jurnalist Tahir Abdulov çıxış edərək qloballaşan dünyada dilimizin mühafizəsinin vacibliyini və bu istiqamətdə atılan addımların əhəmiyyətindən söz açıblar.

Abşeronda “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib
Abşeronda “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib
Abşeronda “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib
Abşeronda “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib
Abşeronda “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib
Abşeronda “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır
Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı
Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı
Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ
Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ
Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir
Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı həqiqətləri və tarixi zəfər
Xocalı həqiqətləri və tarixi zəfər
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur