Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Cəbrayıllılar doğma yurdlarına qayıdırlar

Tarix:4-10-2024, 09:20

Cəbrayıllılar doğma yurdlarına qayıdırlar


Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Cəbrayıl şəhəri və rayonun kəndləri işğal müddətində ermənilər tərəfindən dağıdılıb yerlə yeksan edilmişdir.

Cəbrayıl şəhəri, tarixi baxımdan əhəmiyyətli bir bölgədə yerləşir. Şəhər, 1923-cü ildən rayon mərkəzi statusunu daşımışdır. Tarixən, Cəbrayıl həm strateji, həm də iqtisadi cəhətdən önəmli bir mərkəz olub. Cəbrayılın iqtisadiyyatı, tarixi və mədəni sərvətləri ilə yanaşı, kənd təsərrüfatına əsaslanırdı.

İşğal nəticəsində cəbrayıllı məcburi köçkünlər respublikamızın müxtəlif bölgələrində məskunlaşmışlar. Təkcə Abşeron rayonu kənd və qəsəbələrində, eləcədə keçmiş idarə və müəssisələrin köhnə binalarında, yataqxanalarda 2043 ailə-7775 nəfər cəbrayıllı məcburi köçkün müvəqqəti yaşayırdılar. Bu gün Cəbrayılın azad olunması, onun sakinlərinin həyatına yeni ümid gətirmişdir.

2016-cı il Aprel döyüşləri, nəticəsində Azərbaycan Ordusu Ermənistanın hücumunun qarşısını aldı. Bu sırada Lələtəpə kimi strateji yüksəklik də işğaldan azad olundu və bununla da Böyük qayıdışın təməli qoyuldu.

30 ilə yaxın müddət ərzində Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan Ermənistan sadəcə olaraq vaxt udmaq və havadarlarının köməyi ilə bizim işğalla barışmağımızı istəyirdi.

Nəhayət 27 sentyabr 2020-ci il Azərbaycan öz torpaqlarını azad etmək üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks hücuma keçdi. 44 günlük Vətən Müharibəsi dövründə məhz oktyabrın 4-də Cəbrayıl şəhəri düşməndən azad edildi. Cəbrayılın işğaldan azad edilməsi böyük Zəfərin başlanğıcı oldu.

Cəbrayıl rayonu uğrunda ağır döyüşlər getdi, düşmən bu istiqamətlərdə də ciddi müdafiə sədləri qurmuşdu. Azərbaycan Ordusunun qətiyyəti ilə bu sədlər darmadağın edildi.

Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın işğaldan azad olunmasına görə” medalı və həmçinin Ölkə başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. 4 oktyabr isə Cəbrayıl şəhəri günü kimi müəyyən olundu.

Bu gün artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonlara hər səfəri quruculuq işlərinin məsuliyyətinə hesablanır. Cəbrayılın azad olunması, regionun sosial-iqtisadi inkişafına və mədəni irsin qorunmasına yeni imkanlar açmışdır.

Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Cəbrayıl rayonunda aparılan bərpa quruculuq işləri öz bəhrəsini verməkdədir. Məcburi köçkünlər öz ata-baba yurdlarına böyük sevinc, fərəh hissi ilə qayıdırlar. Bu gün I mərhələdə Cəbrayıl şəhərinə qayıdan məcburi köçkünlərdən 10 ailə-32 nəfər Abşeron rayonunda müxtəlif idarə və müəssisələrdə müvəqqəti məskunlaşmış sakinlərdir.

Erməni vandalizmindən qurtulan torpaqlarımıza artıq yeni nəfəs qayıdır. Ali Baş Komandan İlham Əliyev: “30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar... Biz bütün şəhərləri bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq...”

Eltac İsmayılov
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
Abşeron-Xızı Rayonları Bölməsinin məsləhətçisi

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün