Absheron Media
Haqqımızda Bizimlə əlaqə

25 noyabr Kəlbəcər Şəhəri Günüdür

Tarix:25-11-2024, 16:36

25 noyabr Kəlbəcər Şəhəri Günüdür


Yüksək dağ zirvələri ilə əhatə olunmuş, zəngin fauna və florası, faydalı qazıntıları, otuz mindən artıq bulağı olan qədim qala və məbədlərlə tarixi yaşadan Kəlbəcər rayonu təbiətin muzeyi, vətənimizin əsrarəngiz diyarıdır.

Kəlbəcər Azərbaycanın yüksək dağlıq rayonlarından biridir. Rayonda əsasən dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gələn İstisu mineral bulaqları öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə dünyada yek və nadir hesab olunur.

Kəlbəcər rayonu özünün filiz və qeyri-filiz faydalı qazıntıları o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Bundan əlavə sənaye əhəmiyyətli ehtiyatlar, onlardan istismar olunan 200 tondan çox civə, tuf, gil, perlit və digər yataqlar mövcuddur.

Arxeoloji araşdırmalar zamanı burada yerləşən Zar mağarasının Üst paleolit, Qoçdaş abidəsinin Orta tunc dövrünə aid olması aşkar olunmuşdur. Qaragöl və Zalxa göllərinin sahillərində təsvirlərin çoxu Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid olan qayaüstü rəsmlər, qədim yaşayış yerləri, Alban xristian məbədləri, qalalar vəs. dövlət qeydiyyatına alınmışdır. Kəlbəcər rayonundakı Xudavəng və Gəncəsər monastr kompleksləri təkcə Azərbaycanın deyil, bütün Qafqazın xristian memarlığının şah əsərlərindən hesab edilir. Kəlbəcər dağlarında qalan müdafiə tikililərin ən monumentalı isə XIII-XIV yüzilliyə aid Lev qalasıdır.

Azərbaycan ərazisində ulu əcdadlarımız tərəfindən əsrlər boyu yaradılan tarixi-mədəni abidələrin hamısı bizim milli yaddaşımızın tərkib hissəsidir. Bu ulu insan məskəninin istər daş-qayası, istər torpağı, suyu, istərsə də havası loğmandır.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşüb. 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb.

Kəlbəcərin işğalından sonra BMT-nin Təhlükəsizlik Şurası Qətnamə qəbul etmişdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin ermənilər heç bir Qətnaməyə əhəmiyyət verməyərək işğalçı əməllərini davam etdirirdilər. İşğal etdikləri bütün ərazilərdə vandallıqla məşğul olaraq mülki evləri, obyektləri, muzeyləri, yeraltı, yerüstü sərvətləri talan edir, meşələri kəsib doğrayır, məscidlərimizi, milli-mədəni obyektlərimizi uçurur, hətta qəbristanlıqları dağıdaraq qəbir daşlarını belə satırdılar. Kəlbəcərin ərazisində olan Alban kilsələrinin isə erməni kilsəsi olduğunu iddia edirdilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq.”

İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycanın Şanlı Ordusu ermənilərin özləri və orduları haqqında yaratdıqları mifi darmadağın etdi. Bir gün belə dayanmadan irəliləyərək hər gün yeni əraziləri erməni vandallarından təmizlədi. Haqqı-ədaləti öz gücü ilə bərpa etdi. Bu günü Azərbaycan xalqı neçə illər idi ki, səbirsizliklə gözləyirdi.

Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Ağdamı, sonra isə Kəlbəcəri siyasi yolla nəzarət altına keçirdi.

Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqi idi. Bu gün Kəlbəcərdə yüksək səviyyədə genişmiqyaslı quruculuq-abadlıq işləri görülür.
Kəlbəcərlilər sevinclə doğma yurd-yuvalarına üz tuturlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Şəhər Günləri təsis edilib. Sərəncama əsasən 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd edilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!.”

Könül Hüseynova
Abşeron rayonu, Məmmədli kənd tam orta məktəbin direktoru

Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır