Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda Beynəlxalq Əlillər Günü qeyd edilib

Tarix:3-12-2024, 12:55

Abşeron rayonunda Beynəlxalq Əlillər Günü qeyd edilib

Abşeron rayonunda “3 dekabr - Beynəlxalq Əlillər Günü” qeyd edilib. Abşeron Rayon İcra Hakimiyyəti (RİH) yanında İctimai Şuranın dəstəyi və İstedadlı Əlillər İctimai Birliyinin təşkilatçılığı ilə Xırdalan şəhərində keçirilən "İşıqlı gələcəyə doğru" adlı tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Milli Məcilisin deputatı Vüqar İsgəndərov, Abşeron RİH başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xastirə İsmayılova, şəhid ailələri, qazilər, fiziki məhdudiyyətli şəxslər, həmçinin ictimai təşkilat üzvləri iştirak edib.

Millət vəkili Vüqar İsgəndərov çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev fiziki məhdudiyyətli insanların diqqət və qayğı ilə əhatə olunmasını dövlətimizin sosial siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən etmiş, bu istiqamətdə mühüm tədbirlərin, sosial proqramların əsasını qoymuşdur. Qeyd olunub ki, ölkəmizdə dinamik iqtisadi inkişafla bərabər güclü sosial siyasətin aparılmasını təmin edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl və məqsədyönlü addımlar atılır.

Abşeron RİH başçısının müavini Gülnar Rəhimova da bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə qəbul olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri, əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları, əlilliyi olan şəxslərin reabilitasiyası və abilitasiyası, Fərdi Reabilitasiya Proqramı, infrastruktur obyektlərinin və iş yerlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması, onların təhsili və peşə hazırlığı, əmək hüququnun və məşğulluğunun təmin edilməsi və digər məsələlər əhatə olunub. G.Rəhimova vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən bu sahəyə xüsusi diqqət və qayğı göstərilir, mühüm tədbirlər, proqram və layihələr həyata keçirilir.

Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xastirə İsmayılova da ölkəmizdə fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiya edilməsi və sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən, əlillərə və onların ailələrinə göstərilən dövlət qayğısından, əlilliyi olan şəxslərin istedad və bacarıqlarının aşkara çıxarılaraq cəmiyyətə tanıdılmasından danışıb və bütün bunlara görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib.

Yeni Azərbaycan Partiyasının Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev vurğulayıb ki, ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı Dövlət Proqramı qəbul olunub və bu kateqoriyaya aid insanların, o cümlədən Vətən müharibəsi qazilərinin reabilitasiyası, cəmiyyətə inteqrasiyası üçün davamlı kompleks tədbirlər həyata keçirilir.

Sonra İstedadlı Əlillər İB-nin sədri Qubad Qasımov və digərləri çıxış edərək bildiriblər ki, ölkəmiz 2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulub və bu Konvensiya ilə üzərinə düşən öhdəliklərini, o cümlədən əlilliyi olan şəxslərlə əlaqədar milli qanunvericiliyin tələblərini uğurla icra edir.

Daha sonra incəsənət xadimlərinin, eləcə də əlilliyi olan şəxslərin iştirakı ilə konsert proqramı və satış sərgisi təşkil olunub.

***

Qeyd edək ki, “3 dekabr - Beynəlxalq Əlillər Günü” Saray 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsində də qeyd edilib. Tədbir zamanı Abşeron RİH başçısının müavini Gülnar Rəhimova və adıkeçən müəssisənin rəhbəri Pərvanə Səfərova internatda təhsil alan uşaqlar tərəfindən hazırlanan səhnəciklərə baxış keçirib, o cümlədən uşaqların əl işlərindən ərsəyə gələn sərgi ilə tanış olublar.

Abşeron rayonunda Beynəlxalq Əlillər Günü qeyd edilib
Abşeron rayonunda Beynəlxalq Əlillər Günü qeyd edilib
Abşeron rayonunda Beynəlxalq Əlillər Günü qeyd edilib
Abşeron rayonunda Beynəlxalq Əlillər Günü qeyd edilib
Abşeron rayonunda Beynəlxalq Əlillər Günü qeyd edilib
Abşeron rayonunda Beynəlxalq Əlillər Günü qeyd edilib
Abşeron rayonunda Beynəlxalq Əlillər Günü qeyd edilib

Azərbaycanın enerji suverenliyində yeni səhifə
Azərbaycanın enerji suverenliyində yeni səhifə
Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik
Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik
Abşeron rayonunda şəhidlərimiz və onların ailə üzvləri növbəti dəfə ziyarət olunub
Abşeron rayonunda şəhidlərimiz və onların ailə üzvləri növbəti dəfə ziyarət olunub
Abşeronda tibb işçilərinin peşə bayramı qeyd edilib
Abşeronda tibb işçilərinin peşə bayramı qeyd edilib
Əbədi və əzəli Azərbaycan-Türkiyə qardaşlığı
Əbədi və əzəli Azərbaycan-Türkiyə qardaşlığı
Azərbaycan xalqının Qurtuluş Günü
Azərbaycan xalqının Qurtuluş Günü
Abşeron rayonunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
Abşeron rayonunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
Abşeronda bir sıra sosial xidmət müəssisələri ziyarət edilib
Abşeronda bir sıra sosial xidmət müəssisələri ziyarət edilib
Azərbaycan bu gün təkcə regionda deyil, eləcə də dünyada əsas enerji ixracatçısı kimi tanınır
Azərbaycan bu gün təkcə regionda deyil, eləcə də dünyada əsas enerji ixracatçısı kimi tanınır
Xırdalan ASM-də uşaqlara həsr olunmuş unudulmaz gün!
Xırdalan ASM-də uşaqlara həsr olunmuş unudulmaz gün!
Azərbaycan - Türkiyə - Pakistan birliyi …
Azərbaycan - Türkiyə - Pakistan birliyi …
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib
Abşeronda 28 May - Müstəqillik Günü qeyd edilib
Abşeronda 28 May - Müstəqillik Günü qeyd edilib
Milli dövlətçilik ənənələrinin yeni səhifəsi
Milli dövlətçilik ənənələrinin yeni səhifəsi
Türk dövlətləri arasında birlik güclənir
Türk dövlətləri arasında birlik güclənir
Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri
Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri
Azərbaycan konstitusion və suveren dövlətdir
Azərbaycan konstitusion və suveren dövlətdir
Konstitusiya və suverenlik dövlətçiliyimizin əsas amilidir
Konstitusiya və suverenlik dövlətçiliyimizin əsas amilidir
Abşeronda “Ailə həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib
Abşeronda “Ailə həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib