Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İlham Əliyev yüksək intellektual səviyyəli dövlət başçısı və şəxsiyyətdir

Tarix:24-12-2024, 15:22

İlham Əliyev yüksək intellektual səviyyəli dövlət başçısı və şəxsiyyətdir

İctimai inkişafın bütün mərhələlərində savadlı, bilikli olmaq, bu intellekdən milli mənafe naminə istifadə etmək də şəxsin çox gərəkən cəhətlərindən sayılır. Elm, bilik o vaxt səmərəli sayılır ki, o təcrübədə tətbiq edilir, onun nuru yüzlərin, minlərin, milyonların yaşam tərzinə işıq sala bilir.
Bu gün ölkəmizin başçısı möhtərəm İlham Əliyev cənabları sadaladığım onlarla bu cür müsbət keyfiyyətlərin daşıyıcısıdır. Böyük və mükəmməl demokratik düşüncə sahibidir. Elə buna görə də Azərbaycan xalq-dövlət tandemi sarsılmaz bir təməl üzərində bərqərar olaraq dünya dövlətləri içərisində nümunə sayılır. Uyğun beynəlxalq təşkilatların ümumi rəyi belədir ki, hazırda Azərbaycan iqtidar-xalq birliyinin möhkəm olduğu 20 dövlət sırasında qərarlaşmışdır.
Cənab prezidentimiz yüksək intellektual səviyyəli ictimai dövlət xadimi və şəxsiyyətdir. İlham Əliyev cənabları milli kökə, milli dəyərlərə əhalinin əsrlərin arxasından süzülüb gələn dini hisslərinə böyük hörmət və ehtiramla yanaşır. Bu kimi yüksək insanı keyfiyyətlərinə görə ölkə əhalisinin bütün təbəqələri onu qəbul edib, onun iş üslubunu bəyənir, onu özlərinə arxa, dayaq sayırlar. Hər kəsin yaxşı yaşaması, sabaha işıqlı ümidlərlə baxması istəyi onun amalıdır. Cənab Prezidentimiz bütün səmimiyyəti ilə qeyd edir ki, “Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər”.
2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri Zəfər seçkisi idi. İlk dəfə olaraq seçkilər ərazilərimizin hər bir yerində keçirilmişdir. Bu zaman qalib sərkərdə seçicilərin 92.12% səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident İlham Əliyev cənablarına dünya ölkələri tərəfindən verilmiş mühüm təltiflərin , ordenlərin , fəxri elmi adların , idman təşkilatlarının mükafatlarının sayı olduqca çoxdur və möhtərəm Prezident bunların hamısını haqq etmişdir və dünyada tanınmış dövlət xadimi səviyyəsinə yüksəlmişdir.
Ulu öndərin bir vaxtlar söylədiyi “ Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq ” kəlamı bu günümüzün reallığıdır. Bu gün Azərbaycan ən qüdrətli dövlət kimi dünyaya səs salır.
Prezident İlham Əliyevin “ Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. İqtisadi böhranlara , beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rağmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycandakı ümumxalq birliyinin səbəbidir.
Mədəniyyətlərarası dialoq Prezident İ.Əliyevin siyasətində prioritet sahələrdən biri olmuşdur. Onun bu siyasəti bütün beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi. Bakıda dəfələrlə mədəniyyətlərarası dialoq forumu keçirildi. 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili ”elan edildi.
Ilham Əliyev Azərbaycan elmində islahatların aparılması ilə bağlı gördüyü işlər öz nəticəsini verməkdədir. “Elmin İnkişafı Fondunun, AMEA-nın Gəncə bölməsinin, yüksək Texnologiyalar Parkının yaradıması “Elm günü” təsis edilməsi cənab Prezidentin Azərbaycanda elmin inkişafına verdiyi ən böyük töhfələrdəndir.
İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “ Azərbaycan 2020: “ Gələcəyə baxış ”inkişaf konsepsiyasında əhaliyə göstərilən səhiyyə xidmətlərinin yüksək keyfiyyətini qoruyub saxlamaq əsas prioritetlərdən biri kimi müəyyən olunmuşdur. İcbari Tibbi Sıgorta üzrə Dövlət Agentliyinin yaranması və tibbi sığortanın tətbiqi səhiyyənin inkişafında böyük rol oynadı.
Azərbaycan gəncliyi , gənclərin cəmiyyətin həyatında fəal iştirakı Prezidentin xüsusi diqqət yetirdiyi sahələrdəndir. Gənclərin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramları “ Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması haqqında ” Fərman möhtərəm Prezidentin ölkə gənclərinə diqqət və inamının göstəricisidir.
Prezident İlham Əliyevin sayəsində Azərbaycan qlobal əhəmiyyətli təşəbbüslərin müəllifidir. Həyata keçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın Beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.
Azərbaycan “Sülh naminə tərəfdaşlığı proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tutduğu obyektiv mövqe və çıxış etdiyi qlobal əhəmiyyətli təşəbbüslər sayəsində öz beynəlxalq statusunu dayanmadan artırır. Bakının görüş və danışıqlar ünvanı olması Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzuna işarədir. “COP-29 İqlim diplomatiyasında dönüş nöqtəsi oldu.
Ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan artıq “ Kosmosu fəth edir”. 2013-cü ildə süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib.
16.11.2022-ci il tarixli sərəncamı ilə Prezident Böyük Qayıdışa dair I dövlət Proqramını təsdiq etmişdir. Proqramın əhatə dairəsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarıdır. Böyük Qayıdış çərçivəsində keçmiş, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi uğurla həyata keçir.
Müzəffər Ali Baş komandan İlham Əliyevin böyük qələbəsi bütün regiona sülh və davamlı inkişaf imkanı qazandırmışdır.

Təyyubə Hüseynova
Abşeron Rayon Saray 3 saylı tam orta məktəbin direktoru,
“Əməkdar müəllim”

İki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusilə əhəmiyyətlidir
İki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusilə əhəmiyyətlidir
20 yanvar ölkəmizin tarixində unudulmaz səhifədir
20 yanvar ölkəmizin tarixində unudulmaz səhifədir
Azərbaycanlılar təhlükəsiz şəkildə Qərbi Azərbaycana, həm də Qərbi Zəngəzura yerləşdiriləcəklər
Azərbaycanlılar təhlükəsiz şəkildə Qərbi Azərbaycana, həm də Qərbi Zəngəzura yerləşdiriləcəklər
Prezident ekipaj üzvlərini təltif etdi
Prezident ekipaj üzvlərini təltif etdi
Mülki təyyarəmizin vurulması və enişə icazə verilməməsi bir çox suallar yaradır
Mülki təyyarəmizin vurulması və enişə icazə verilməməsi bir çox suallar yaradır
Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən həmrəylik günü hər birimiz üçün inam və ümid anıdır
Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən həmrəylik günü hər birimiz üçün inam və ümid anıdır
Azərbaycan bundan sonra da idmanın inkişafına böyük diqqət ayıracaq
Azərbaycan bundan sonra da idmanın inkişafına böyük diqqət ayıracaq
İlham Əliyev yüksək intellektual səviyyəli dövlət başçısı və şəxsiyyətdir
İlham Əliyev yüksək intellektual səviyyəli dövlət başçısı və şəxsiyyətdir
Əsrə bərabər 21 il
Əsrə bərabər 21 il
Qalib Azərbaycanın müzəffər sərkərdəsi
Qalib Azərbaycanın müzəffər sərkərdəsi
Azərbaycan həmişə öz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşıb
Azərbaycan həmişə öz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşıb
Əhalinin müxtəlif təbəqələri üçün fiziki aktivliyə dair maarifləndirici materiallar paylanılıb
Əhalinin müxtəlif təbəqələri üçün fiziki aktivliyə dair maarifləndirici materiallar paylanılıb
Abşeronda “Sağlam həyat tərzi və davarnış risk amilləri” mövzusunda maarifləndirici aksiya keçirilib
Abşeronda “Sağlam həyat tərzi və davarnış risk amilləri” mövzusunda maarifləndirici aksiya keçirilib
Abşeron rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü dərin ehtiramla qeyd olunub
Abşeron rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü dərin ehtiramla qeyd olunub
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasına rəsmi səfərə gəlib
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasına rəsmi səfərə gəlib
Abşeronda 10 dekabr “Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə tədbir keçirilib
Abşeronda 10 dekabr “Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə tədbir keçirilib
Abşeron rayonunda Beynəlxalq Əlillər Günü qeyd edilib
Abşeron rayonunda Beynəlxalq Əlillər Günü qeyd edilib
Abşeronda rəhbər vəzifəli şəxslər üçün təlim keçirilib
Abşeronda rəhbər vəzifəli şəxslər üçün təlim keçirilib
Abşeronda sağlam qidalanmanın təşviqi və təbliği məqsədilə maarifləndirici tədbirlər həyata keçirilib
Abşeronda sağlam qidalanmanın təşviqi və təbliği məqsədilə maarifləndirici tədbirlər həyata keçirilib