Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Türk dövlətləri arasında birlik güclənir

Tarix:24-05-2025, 09:03

Türk dövlətləri arasında birlik güclənir


Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Prezident İlham Əliyev daim türkdilli ölkələrlə əlaqələrin inkişafına böyük önəm verir.

Dövlət başçısı İlham Əliyevin Macarıstana işgüzar səfəri bu ölkənin təşəbbüsü ilə mayın 21-də keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı ilə də yadda qalıb. Görüşdə Prezident İlham Əliyev çıxış edərək vacib məqamlara toxunub, mühüm mesajlar verib. Macarıstanla münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək, iki ölkə arasında etibarlı strateji tərəfdaşlığın mövcudluğunu xüsusi vurğulayıb. Qeyd edib ki, “Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur.”

Zirvə görüşündə ötən ilin noyabrında ölkəmizdə keçirilən COP29 konfransını yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, bu beynəlxalq tədbir zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Azərbaycan Prezidenti bu sazişin ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq etimadının göstəricisi olmaqla yanaşı, Türk Dövlətləri Təşkilatı üçün də nüfuz qazandıran bir hadisəyə çevrilib.

Prezident İlham Əliyev respublikamızın Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm verdiyini nəzərə çatdırıb: “Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Bu gün Azərbaycanın Xəzər dənizində 50-dən çox ticarət gəmisi vardır və hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Bununla da, Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Yaxın vaxtlarda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükdaşıma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq.”

Toplantıda bildirilib ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur.

Prezident İlham Əliyev çıxışında bir daha diqqəti Azərbaycanın türk dünyasının birliyinə verdiyi töhfələrə yönəldərək onu da qeyd edib ki, ölkəmiz bu il təşkilatın rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək.

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə 71 bənddən ibarət Bəyannamə imzalanıb.

TDT-yə üzv dövlətlərin başçıları Macarıstanın Baş naziri Viktor Orbana Türk dünyasının həmrəyliyinə və rifahına verdiyi töhfələrə, habelə təşkilatın Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşünün, Macarıstan hökumətinin və xalqının səmimi qonaqpərvərliyinə görə təşəkkürlərini bildiriblər.

Bütün bunlar onu deməyə əsas verir ki, Türk Dövlətlər Təşkilatına üzv olan dövlətlər arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması təşkilatın gələcək inkişafına böyük təsir göstərəcəkdir.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub