Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda dövlət qulluqçularının etik davranışı və xidməti fəaliyyətinin qiymətləndirilməsi mövzusunda təlim keçirilib

Tarix:10-09-2025, 14:56

Abşeron rayonunda dövlət qulluqçularının etik davranışı və xidməti fəaliyyətinin qiymətləndirilməsi mövzusunda təlim keçirilib


Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya”nın icrası çərçivəsində Abşeron Rayon İcra Hakimiyyətində dövlət qulluqçuları üçün maarifləndirici təlim təşkil olunub.

Təlim Strategiyanın “Dövlət qulluqçularının etik davranış qaydalarının tətbiqinin təkmilləşdirilməsi”nə dair müvafiq bəndlərinin, o cümlədən 8.9.3-cü və 8.10.1-ci yarımbəndlərin icrasını təmin etmək məqsədi daşıyıb. Tədbirdə Abşeron rayonunun idarə, müəssisə və təşkilatlarında fəaliyyət göstərən dövlət qulluqçuları iştirak ediblər.

Təlimi giriş nitqi ilə açan Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH başçısı aparatında dövlət qulluqçularının etik davranış qaydaları üzrə komissiyanın sədri Yusif Sadıqov bildirib ki, müasir dövlət idarəetmə sisteminin formalaşdırılması və kadr potensialının gücləndirilməsi ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu islahatların nəticəsidir. Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu islahatlar ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir, dövlət qulluğunda peşəkarlığın, şəffaflığın və etik dəyərlərin möhkəmləndirilməsi prioritet istiqamətlərdən biridir.

Təlim çərçivəsində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn tələblər, etik davranışın əsas prinsipləri və məqsədləri, etik dilemmalar, peşə əxlaqı, Konstitusiyadan irəli gələn etik vəzifələr, dövlət qulluqçusunun xidməti fəaliyyətində qərəzsizlik, məsuliyyət və ictimai etimadın qorunması məsələləri ətraflı izah edilib. Eyni zamanda etik davranış qaydalarına əməl olunmasına nəzarət mexanizmləri və bu qaydaların pozulmasına görə məsuliyyət məsələləri müzakirə olunub.

Təqdimat zamanı qiymətləndirmə prosesinin təşkili, mərhələləri, tapşırıqların müəyyən edilməsi, qiymətləndirmə meyarları və nəticələrin tətbiqi mexanizmləri barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, etik davranış qaydalarının tətbiqinin əsas məqsədi Abşeron Rayon İcra Hakimiyyətinin nüfuzunun artırılması, dövlət qulluqçularına ictimai etimadın möhkəmləndirilməsi, idarəetmədə səmərəlilik və şəffaflığın təmin edilməsi, korrupsiya və maraqların toqquşmasının qarşısının alınmasıdır.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Abşeron rayonunda dövlət qulluqçularının etik davranışı və xidməti fəaliyyətinin qiymətləndirilməsi mövzusunda təlim keçirilib
Abşeron rayonunda dövlət qulluqçularının etik davranışı və xidməti fəaliyyətinin qiymətləndirilməsi mövzusunda təlim keçirilib
Abşeron rayonunda dövlət qulluqçularının etik davranışı və xidməti fəaliyyətinin qiymətləndirilməsi mövzusunda təlim keçirilib

Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt