Xəbər lentİ

Bir qrup deputat Milli Amputant Futbol Komandasının heyətini səfərə yola salıb

17:39, 16.09.20
Oxunub: 1 329
İDMAN / VİDEO
Bir qrup deputat Milli Amputant Futbol Komandasının heyətini səfərə yola salıb

Azərbaycan Respublikası Milli Məclisinin deputatları Şahin Seyidzadə, Vüqar İsgəndərov və Razi Nurullayev, Abşeron Rayon İcra Hakimiyyətinin rəsmisi və digər qonaqlar ölkəmizin Milli Amputant Futbol Komandasının heyəti ilə görüşüb.

Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının 17 nəfərdən ibarət milli komandası 18-21 sentyabr 2020-ci il tarixlərdə Varşava şəhərində keçiriləcək Avropa Amputant Futbol Kubokunun (AAFF) final mərhələsində iştirak etmək üçün 4 günlük Polşa Respublikasına səfər edəcəkdir. Bu münasibətlə bir sıra deputat, dövlət və ictimai birlik nümayəndələri ilə birgə Federasiyanın Milli Komandası ilə 15 sentyabr tarixində görüş keçirilmişdir.

Komanda heyəti ilə görüşən deputatlar Şahin Seyidzadə, Vüqar İsgəndərov, Razi Nurullayev, Abşeron Rayon İcra Hakimiyyətinin rəsmisi Məhərrəm Abdulov yarım-final mərhələsində iştirak edəcək yığma komandamıza öz təbrikləri çatdıraraq, Polşada keçiriləcək oyunlarda uğurlar arzulayıb.
Görüşdə iştirak edən deputatlar Şahin Seyidzadə, Vüqar İsgəndərov və Razi Nurullayev öz çıxışlarında qazilər və fiziki məhdudiyyətli şəxslərin iştirakı ilə belə bir yığma komandanın olmasının müsbət dəyərləri, nümunəlivliyi, həmçinin beynəlxalq arenada təşəbbüs olaraq yüksək səviyyədə təmsilçiliyi barədə söz açıb. Bundan əlavə deputatlar öz çıxışlarında komandanın Avropa Kubokuna vəsiqə qazanması və digər ölkələrin yığmaları ilə yarım-finalda görüşməsinin gənc komanda üçün böyük uğur olmasından bəhs ediblər.

Həmçinin çıxış edən Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının prezidenti Rövşən Quliyev komandanın qurulmasından bu günə qədər olan uğurları, Avropa Çempionatına vəsiqə qazanılana qədər olan yolda keçilən mərhələlərdən və federasiyanın fəaliyyətindən bəhs edib
2018-ci ildə qeydiyyata alınan və Abşeron rayonunundan ilk fəaliyyətə başlayan federasiyanın nəzdində ümumilikdə 6 komanda fəaliyyət göstərir – Bakı, Abşeron, Gəncə, Kəpəz, Tovuz, Qazax. Hal-hazırda federasiyanın ümumilikdə 72 üzvü var. Futbol komandası hal-hazırda Abşeron rayonu ərazisində öz təlim-məşq toplantılarını keçirir.

Məlumat üçün qeyd etmək lazımdır ki, hal-hazırda təlim-məşq prosesini davam etdirən Azərbaycan Respublikasının Milli Amputant Futbol Komandasının heyəti 19-20 sentyabr tarixlərində Polşanın Varşava şəhərində Polşa və Fransanın Milli Amputant Futbol Komandası ilə görüş keçirəcəkdir.


Fikirlər

 Oxşar xəbərlər: