Xəbər lentİ

“Mətanət A” şirkəti haqqında bəzi qeyri-ciddi mətbu orqanlarda yazılanların tamamilə əsassızdır

14:37, 08.09.16
Oxunub: 2 002
İQTİSADİYYAT
“Mətanət A” şirkəti haqqında bəzi qeyri-ciddi mətbu orqanlarda yazılanların tamamilə əsassızdır


Bir qrup qeyri-ciddi mətbu orqanlarda (Yeni Musavat və s.) “Mətanət A” şirkəti haqqında heç bir əsası olmayan və tamamilə yanlış məlumatlara əsaslanan xəbərlər verilib. Bu mətbu orqanlar və onlara bu əsassız xəbərləri sifariş verənlər həm milli sahibkarlığın inkişafına, ölkəmizin beynəlxalq imicinə, həm də Azərbaycanın ən uğurla inkişaf edən və ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən böyük işçi kollektivinin çalışdığı “Mətanət A” şirkətinin işgüzar nüfuzuna zərər vurmağa çalışırlar. Artıq neçənci dəfədir ki, bu cür mətbu orqanlar tanınmış şirkətin – “Mətanət A”-nın adını gündəmdə olan neqativ hadisələrlə bağlamaqla əlavə qazanc əldə etmək istəyirlər. Şirkət son 10 ildə bu cür mətbu orqanlarda bir neçə dəfə haqsız qarayaxma xəbərləri ilə üzləşsə də heç vaxt onlara belə xəbərlərdən qacanc əldə etməyə şərait yaratmamışdır. Nəticədə onlar bu cür qarayaxma fəaliyyətlərini davam etdirirlər və hər dəfə də şirkəti gündəmdə olan bir neqativ hadisə ilə bağlamağa çalışırlar. Bu cür əsassız məlumatlarla ictimayyətin yanlış yönləndirilməsi yolverilməzdir, qanunvericiliyə ziddir və bununla bağlı artıq “Mətanət A” şirkəti tərəfindən lazımi hüquqi tədbirlər həyata keçirilir və onların ciddi cəzalanması üçün hüquq-mühafizə orqanlarına və müvafiq məhkəməyə müraciət prosesi artıq başlamışdır. Bu mətbu orqanlar saxta reytinq toplamaq, şantaj yolu ilə qazanc əldə etmək məqsədilə ölkəmizin tanınmış şirkəti haqqında əsassız məlumatlar yaymaqdansa, səmərəli fəaliyyət göstərib ölkəmizin inkişafına xidmət etməlidirlər. Onlara bu cür xəbərləri sifariş verənlər də şirkətə məlumdur və onlar da bu fəaliyyətləri ilə qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar, eyni zamanda dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etmirlər.

Möhtərəm Prezident cənab İlham Əliyev ölkəmizdə mətbuat azadlığı üçün bütün lazımi şəraiti yaradıb. Bu gün Respublikamızda mətbuat tam azaddır. Təəssüf ki, dövlətimizin yaratdığı bu azadlıqdan və göstərilən etimaddan öz çirkin məqsədləri üçün istifadə edən mətbu orqanlar da mövcuddur və əsassız məlumatlarla şəxslərin və şirkətlərin nüfuzuna ziyan vururlar. Milli iqtisadiyyatımızın əsas sütununu təşkil edən sahibkarların uğurlarının təbliğində medianın və mətbuatın rolu da böyükdür. Çox təəssüflə qeyd edilməlidir ki, bir qrup mətbu orqanlar milli iqtisadiyyatımızın uğurlarını təbliğ etməkdənsə, əksinə heç bir fakta əsaslanmayan yanlış xəbərləri ilə böyük şirkətləri gözdən salmağa çalışırlar və son nəticədə onların işgüzar nüfuzlarına zərər yetirməklə milli iqtisadi inkişafımıza təhdid yaradırlar. İnformasiya texnologiyaları dövürndə bu cür yanlış xəbərlər həm də region ölkələrinə doğru yayılmaqla Azərbaycan şirkətləri haqqında mənfi təəssürat yaradır, milli brendlərimizin reputasiyasına və ölkəmizin ixracat potensialına da mənfi təsir göstərir.

“Mətanət A” şirkətinin təsisçisi və rəhbəri Elxan Bəşirov 30 ilə yaxındır ki, sahibkarlıq sahəsində fəaliyyət göstərir və ölkəmizin uğurlu iş adamlarından biridir. Şirkəti sıfırdan quraraq hazırkı inkişaf səviyyəsinə çatdıran Elxan Bəşirov həmişə Ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiq olmuş və dövlətimizin yaratdığı əlverişli şəraitdən faydalanaraq daima bütün diqqətini sahibkarlıq fəaliyyətinin inkişafına və genişlənməsinə həsr etmişdir. Bu cür mətbu orqanların ölkəmizin uğurlu bir iş adamının və uğurlu bir şirkətinin nüfuzunu aşağı salmağa heç bir haqqları yoxdur və bu cür qarayaxmalarla hüquq-mühafizə orqanları və digər müvafiq qurumlar da ciddi mübarizə aparmalıdırlar. Bu hallara qarşı kompleks mübarizə aparmadıqda bu onunla nəticələnir ki, milli sahibkarlığımızı formalaşdıran uğurlu şirkətlərin on illərlə əziyyətlə nail olduğu işgüzar nüfuz bir qrup məsuliyyətsiz, ölkə inkişafını sevməyən və qanundan qorxmayan qeyri-ciddi mətbu orqanların sayəsində zədələnir.

Onu da qeyd edək ki, 2000-ci ildə əsası qoyulmuş “Mətanət A” şirkəti ölkəmizdə və onun hüdüdlarından kənarda yüksək texnologiyalara və innovasiyalara əsaslanan müasir inşaat materiallarının istehsalı ilə məşğuldur. 17 ilə yaxındır ki, şirkət istehlakçıları yüksək keyfiyyətli inşaat məhsullarla ilə təmin edir və təkcə Azərbaycanda deyil, regionun bir çox ölkələrində də milli Azərbaycan brendinin tanınmasına nail olmuş, öz fəaliyyəti ilə ölkəmizin beynəlxalq biznes məkanında iqtisadi reputasiyasının yüksəlməsinə çalışmışmışdır. Hal-hazırda şirkət 1000-dən artıq məhsul çeşidinə malikdir və şirkətdə 800-ə yaxın işçi çalışır. Şirkət fəaliyyətində həmişə Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutmuş və məqsədyönlü fəaliyyətləri ilə ölkə iqtisadiyyatının inkişafına tövhələr verməkdədir. Möhtərəm Prezident İlham Əliyevin yeni iqtisadi çağırışlara uyğun həyata keçirtiyi iqtisadi islahatlara dəstək məqsədilə şirkət ölkəmizdə bir neçə iri həcmli yeni istehsal sahələrinin yaradılmasını üzərinə götürmüşdür və yaxın zamanlarda bu yeni layihələr reallaşacaq, yeni iş yerləri açılacaq.

Fikirlər

 Oxşar xəbərlər: