Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Qış məktəbi” layihəsinə başlanmışdır

Tarix:8-02-2014, 22:11

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Qış məktəbi” layihəsinə başlanmışdır
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Qış məktəbi” layihəsinə başlanmışdır. “Gənc liderlər” üçün qış məktəbi fevralın 10-dan 14-dək Oğuz rayonundakı “Afra” otelində reallaşdırılacaqdır. “Qış məktəbi”ndə Bakı və Sumqayıt şəhərlərini və Abşeron rayonunu təmsil edən 100 nəfərə yaxın fəal gənc iştirak edəcəkdir.
AzərTAc xəbər verir ki, layihəyə başlanması ilə əlaqədar olaraq fevralın 6-da YAP-ın mərkəzi qərargahında “Qış məktəbi”ndə iştirak edəcək gənclərlə görüş keçirilmişdir. Çıxış edən YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Qış məktəbi”nin iştirakçılarına uğurlar arzulayaraq demişdir ki, belə layihələr vasitəsilə gənclərin potensialı, bacarıqları üzə çıxarılır, gənc siyasətçilərin formalaşmasında vacib rol oynayır.
Ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini deyən YAP icra katibinin müavini partiyanın bu siyasətin reallaşmasında yaxından iştirak etdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, YAP idarə heyətinin qərarı ilə partiyanın gənclər, idman və mədəniyyət məsələləri komissiyası yaradılmışdır. Bu komissiya gənclərlə iş istiqamətində müxtəlif layihələr hazırlayaraq həyata keçirəcəkdir. Bununla da bizim gənclərlə bağlı siyasətimiz daha da genişlənmiş olacaqdır. Layihə çərçivəsində proqrama uyğun olaraq müxtəlif seminarlar, təlimlər, diskussiyalar təşkil ediləcək, gənclər asudə vaxtlarını səmərəli keçirə biləcəklər.
S.Novruzov “Qış məktəbi”ndə iştirak edəcək gənclərə müvafiq tövsiyələr vermişdir.
Daha sonra çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirmişdir ki, “Qış məktəbi”ndə gənclər intellektual yarışlar təşkil etməklə yanaşı, sosial şəbəkələrdə iştirak və digər maraqlı təqdimatlarla çıxış edəcəklər.
Çıxış edən gənclər YAP-ın gənclərlə bağlı həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirmişlər.
YAP Gənclər Birliyinin “Qış məktəbi”ndə iştirak edəcək qrupun rəhbəri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadədir. Layihə ilə bağlı digər məsul şəxslər isə YAP Mərkəzi Aparatının məsul əməkdaşı Emil Abbasov, YAP Gənclər Birliyinin sədr müavinləri, partiyanın Siyasi Şurasının üzvləri Samirə Quliyeva və Ramin Məmmədovdur.

Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir