"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata gorə Abşeron Magistral Qaz Kəmərləri Sahəsinə məxsus "Digah qolu" qaz kəmərində baş vermiş sızmanın ləğvi ilə əlaqədar 10 fevral 2014-cü il tarixdə təmir işləri başa çatanadək Bakının Nərimanov, Nizami, Sabunçu, Binəqədi, Xətai rayonlarına, həmçinin Abşeron rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.