Abşeronda “ Bataqlığa düşən çiçək ” nümayiş olunub
Tarix:31-07-2016, 16:11
30 iyul saat 13.00-da Xırdalan şəhərində rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən xalq teatırının Tamam Uluxanlının eyniadlı əsəri əsasında hazırladığı "Bataqlığa düşən çiçək " tamaşası nümayiş olunub.
Tədbiri Tamam Uluxanlı açaraq tamaşaçıları salamlayıb. Bildirib ki, tamaşa narkotik və narkomanlığa qarşı mübarizəyə həsr olunub: Tamaşada rolları Adil Səfərov,Vüqar İsrafilov,Səlimə Cavadova,Fatimə Mövlamlı,Nurlan Məmmədli və başqaları ifa edirlər”.
Məlumat üçün bildirək ki, Abşeron rayonu Mədəniyyət evinin səhnəsində nümayiş olunan tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar artisti Şükufə Musayevadır.
Qeyd edək ki, tamaşa izləyicilər tərəfindən çox bəyənilib.