Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalan məktəbliləri B.Vahabzadənin anım günü münasibətilə ədibin Fəxri Xiyabanda məzarını ziyarət ediblər

Tarix:15-02-2018, 13:38

Xırdalan məktəbliləri  B.Vahabzadənin anım günü münasibətilə ədibin Fəxri Xiyabanda məzarını ziyarət ediblər

Fevralın 13-ü Azərbaycanın böyük oğlu, xalq şairi Bəxtiyar Vahabzadənin anım günüdür.

Bütün türk dünyasının sevimli şairlərindən biri olan B.Vahabzadənin ölümündən 9 il ötsə də, onun əziz xatirəsi unudulmur. Azərbaycan poeziyasının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə ilə bağlı xatirələr daim ürəklərdədir. O, hər zaman xalqın içində idi. Bu səbəbdən də bütün vətənsevərlər onu sevir, ona güvənirdilər.

Bu məqsədlə, fevralın 14-də Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin kollektivi anım günü münasibətilə ədibin Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

Mərasimdə məktəbin ədəbiyyat müəlliməsi Narınc Əliyeva çıxış edərək Bəxtiyar Vahabzadənin sənətkarlığından, mənsub olduğu millətə bağlılığından, böyük həvəslə yazıb-yaratdığı bənzərsiz əsərlərdən danışıb.

Diqqətə çatdırılılıb ki, Azərbaycan poeziyasında vətəndaşlıq ruhunun qüvvətlənməsində və sənətkarlıq imkanlarının genişlənməsində Bəxtiyar Vahabzadənin müstəsna xidmətləri vardır. Dilimizin poetik imkanlarından məharətlə bəhrələnən şair fəlsəfi məzmunlu lirikanın gözəl nümunələrini yaratmışdır. Onun mənəvi ucalıq, dünya və zaman, təbiət və insan həyatının mənası haqqında düşüncələrlə zəngin poeziyası ədəbi ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmışdır. Şairin dərin lirizmi ilə səciyyələnən sözlərinə çoxsaylı mahnılar bəstələnmişdir.

Bəxtiyar Vahabzadənin tariximizin bir çox hadisələrini canlandıran dram əsərlərinin gənc nəslin tərbiyəsində böyük rolu olmuşdur. Müasir həyatdakı ziddiyyətlərin, qarşıdurmaların və mənəvi sarsıntıların təsviri ilə yanaşı, yüksək, pak və ülvi hisslərin tərənnümü Vahabzadə dramaturgiyasında böyük məharətlə təcəssümünü tapmışdır. Onun pyesləri Azərbaycan və eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulmuş, müəllifinə geniş şöhrət gətirmişdir.

Bəxtiyar Vahabzadə həm də tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında xidmətlər göstərmişdir. Şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərlərini elmi ictimaiyyət daim dərin maraqla qarşılamışdır. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə Bəxtiyar Vahabzadə şəxsiyyətinin mühüm cəhətlərindən biri idi.

Bəxtiyar Vahabzadə respublikamızın hüdudlarından uzaqlarda ölkəmizi layiqincə təmsil edərək, milli mədəniyyətimizin təbliği və ədəbi irsimizin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməmişdir.

Bəxtiyar Vahabzadənin ədəbi-elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltifi olan “İstiqlal” ordeni ilə təltif olunmuşdur.

Sonda məktəbin 5ə sinifinin şagirdləri tərəfindən şairin şeirlərindən parçalar söylənilib.

Şamo Əliyev

Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır

Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır

Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir

Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür

15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi

Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır

Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır

Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır

28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi

COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir

Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır

Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir

Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar

Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.

Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir