Xəbər lentİ

YAP Qadınlar Şurasının Ümumrespublika Konfransı

02:40, 25.05.14
Oxunub: 1 825
MƏDƏNİYYƏT
YAP Qadınlar Şurasının Ümumrespublika Konfransı
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının Ümumrespublika konfransı keçirilib. Tədbirdə Baş nazirin müavini, YAP-ın sədr müavini-İcra katibi Əli Əhmədov, İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, hakim partiyanın Qadınlar Şurasının sədri Nurlana Əliyeva, Milli Məclisin sədr müavini Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və digər qonaqlar iştirak edib.
Konfransada Abşeron rayonunu təmsil edən nümayəndələr:Abşeron rayon İcra Hakimiyyətinin müavini İradə Gülməmmədova , YAP Abşeron Qadınlar Şurasının sədri Təyyibə Hüseynova və YAP Abşeron rayon Qadınlar Şurasının sədr müavini Çinarə Sadıxova iştirak edirdi.
Konfransda YAP Qadınlar Şurasının sədrliyinə yenidən növbəti 5 il üçün Nurlana Əliyeva seçilib. Şuranın sədr müavinləri isə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Sevinc Hüseynova və Məlahət İbrahimqızı olub.Daha sonra Şura üzvləri seçildi.Qeyd edək ki, Abşeron rayonun iki nümayəndəsi xanım İradə Gülməmmədova və Teyyibə Hüseynova Şuraya üzv seçildilər.Bu münasibətlə hər iki xanımı təbrik edirik.

Qeyd edək ki, tədbirdən öncə Şura üzvləri Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib və əklil qoyublar. Daha sonra Şura üzvləri oftolmoloq alim Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək, gül-çiçək dəstələri düzüblər.


Redaktor:Çinarə Sadıqova

Fikirlər

 Oxşar xəbərlər: