Xəbər lentİ

Abşeronda Nəsiminin 650 illik yubileyi qeyd olundu-FOTOLAR

14:28, 04.05.19
Oxunub: 1 288
MƏDƏNİYYƏT / TƏHSİL
Abşeronda Nəsiminin 650 illik yubileyi qeyd olundu-FOTOLAR

Abşeron rayon icra hakimiyyətinin, Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin və Qobu qəsəbə 3 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Prezident İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və Azərbaycanda “Nəsimi ili”nin elan edilməsi haqqında sərəncamlarına əsasən təşkil olunan yubiley mərasimində Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, rayon Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, qəsəbə sakinləri və qonaqlar iştirak ediblər.

Əvvəlcə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə hazırlanmış sərgiyə baxış olub.

Qobu Mədəniyyət mərkəzində düzənlənmiş tədbirdə qədim musiqi alətlərinin və sufi musiqisi elementlərinin müşayiəti ilə Nəsiminin qəzəllərindən ibarət muğam konserti təşkil edilib. Qobu qəsəbə 3 nömrəli tam orta məktəbin şagirdləri isə Nəsiminin qəzəlləri əsasında “Haqq mənəm” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, rayon Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin müdiri Azər Bayramov və Qobu qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Xuraman Behbudova Nəsiminin həyat və yaradıcılığından, yaşadığı dövrdən, onun təbliğ etdiyi hürufilik dini-fəlsəfi təlimindən, şairin əsərlərinin dil və üslub xüsusiyyətlərindən bəhs edib, görkəmli Azərbaycan şairinin zəngin bədii irsinin tədqiqi istiqamətində aparılan işlərdən danışıblar.

Şamo Əliyev

Fikirlər

 Oxşar xəbərlər: