Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır

Tarix:6-03-2026, 15:23

Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır


8 Mart – Beynəlxalq Qadınlar Günü ölkəmizdə geniş qeyd olunur və Azərbaycan qadınının tarixi və müasir rolu bir daha diqqətə çatdırılır. Tarix boyunca Azərbaycan qadını həm dövlət, həm cəmiyyət, həm də ailə həyatında əvəzsiz xidmətlər göstərmiş, Vətənimizin müdafiəsində fəal iştirak etmişdir. Azərbaycan xalq ədəbiyyatının qədim nümunələrindən olan “Kitabi-Dədə Qorqud” dastanında qadınların döyüş meydanında göstərdiyi şücaət, həmçinin Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar və Həcər kimi qadın liderlərin vətənpərvərlik nümunələri tarixi irsimizdə xüsusi yer tutur.

Azərbaycanda qadınlara seçib-seçilmək hüququ ilk dəfə verilmiş və Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar siyasi həyatda fəal iştirak etməyə başlamışdır. Onlar milli dəyərlərə sadiq qalaraq ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın əsas dayaqları olublar. Ümummilli Lider Heydər Əliyev ölkədə qadın siyasətinin əsasını qoymuş, həyatın bütün sahələrində onların fəaliyyətinə geniş imkanlar yaratmışdır. Qadınların hüquqi müdafiəsi Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarla təmin edilmiş, 1995-ci ildə qəbul olunmuş Pekin Bəyannaməsi və Fəaliyyət Platforması qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasını hədəfləmişdir.

1998-ci ildə keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətində mühüm hadisə kimi qiymətləndirilmiş, hər beş ildən bir keçirilən qurultaylar qadınların ictimai-siyasi fəallığının artırılmasına xidmət etmişdir. Bu gün qadın siyasəti Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilmiş, qadınların hüquqlarının qorunması və onların iqtisadi, sosial və siyasi sahələrdə iştirakı prioritet istiqamətlərdən biri kimi həyata keçirilir. 2006-cı ildə “Gender bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qəbul edilmişdir.

Azərbaycan qadınları müasir dövrdə dövlət qurumlarında, parlamentdə, bələdiyyələrdə uğurla təmsil olunur, iqtisadi və mədəni sahələrdə əhəmiyyətli nailiyyətlər əldə edirlər. Statistik göstəricilər göstərir ki, əhalinin 50,2 faizi qadınlardır, işçi qüvvəsində isə qadınların payı 48,1 faiz təşkil edir. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 2004-cü ildə 4 faizdən 2025-ci ildə 39,34 faizə yüksəlmişdir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkədə və beynəlxalq aləmdə qadın nüfuzunu artıran əsas simalardandır. Onun xeyriyyəçilik fəaliyyəti və mədəni diplomatiyası Azərbaycan qadınının intellektual və mənəvi gücünü nümayiş etdirir. Mehriban xanım Əliyeva həmçinin 2026-cı il fevralın 27-də yaradılmış Rəqəmsal İnkişaf Şurasına rəhbərlik edir.

2024-cü ildən etibarən “Güclü Cəmiyyətin Zərif Simaları” layihəsi regionlarda qadın və gənc qızların liderlik və rəqəmsal bacarıqlarını inkişaf etdirməyə dəstək verir. 2024-2025-ci illərdə layihə çərçivəsində 3500 nəfər gənc qız və qadın tədbirlərdə iştirak etmiş, 2026-cı ildə isə layihə ölkənin digər regionlarında davam etdiriləcəkdir.

Azərbaycan qadını həm tarixdə, həm də müasir dövrdə cəmiyyətin inkişafında, dövlət quruculuğunda və sosial rifahın təmin edilməsində əvəzsiz rol oynayır. Onların fəaliyyəti ölkəmizin tərəqqisinə və beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir.

Elşən Quliyev
Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin direktoru

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün