Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bu gün 32 yaşı tamam olan qəhrəman - Şəhid Fərid Məmmədov

Tarix:29-04-2022, 09:48

Bu gün 32 yaşı tamam olan qəhrəman - Şəhid Fərid Məmmədov

Vətən Müharibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində qəhrəmanlıq göstərmiş və şəhadət məqamına yüksəlmiş hərbçilərindən biri də leytenant Məmmədov Fərid Vəlhəd oğludur.

Fərid Məmmədov 29 Aprel 1990-cı il tarixində Abşeron rayonu Xırdalan şəhərində anadan olub.

O, 1997-2008-ci illərdə Abşeron rayonu Xırdalan şəhərinin 2 saylı orta məktəbin rus bölməsində təhsil alıb. 2014-2019-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Vətəni müdafiə ixtisası üzrə bakalavr təhsili alıb.

Şəhid Fərid Məmmədov 2008-2010-cu illərdə AR Müdafiə Nazirliyinin Hava Hücumdan Müdafiə və Hərbi Hava Qüvvələrində hərbi xidmətdə olub. 2010-2016-cı illərdə AR DİN Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edib. 2017-ci ildə Müdafiə Nazirliyin 3 aylıq gizir hazırlığı kursunu bitirdikdən sonra Təlim Tədris Mərkəzinə təyin olunmuşdu, 2019-cu il dekabr ayında Təlim Tədris Mərkəzinin Ehtiyat Zabitlər kursunu bitirərək ilk hərbi zabit rütbəsi olan “leytenant” rütbəsini almış və Tağıyev qəsəbəsində yerləşən N saylı hərbi hissədə “tağım komandiri” vəzifəsinə təyin edilmişdi.

Azərbaycan Ordusunun leytenantı olan Fərid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı oktyabr ayının 6-da cəbhənin Füzuli-Cəbrayıl istiqamətinə ezam olunub və oktyabr ayının 25-də Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 26 oktyabr tarixində Bakı şəhəri 2-ci Fəxri Xiyabanda dəfn edilib.

Şəhid Fərid Məmmədov ailəli olub, bir övladı yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədov Fərid Vəlhəd oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir