Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur

Tarix:2-08-2023, 21:04

Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması Azərbaycan xalqının taleyinin mürəkkəb dövründə müstəsna xidmətlər göstərmiş, ömrünü xalqına, dövlətinə həsr etmiş Ulu Öndərə dövlətimizin verdiyi yüksək qiymətdir.Keçdiyi zəngin həyat yolu, Vətən və xalq qarşısında misilsiz xidmətləri Heydər Əliyevi bütün azərbayanlıların qürur mənbəyinə çevirmişdir. Ümummilli Lider tutduğu vəzifədən və şəraitdən asılı olmayaraq, ən mürəkkəb məsələlərin məsuliyyətini üzərinə götürərək onların yüksək səviyyədə həllinə nail olmuşdur.
Heydər Əliyevin kadr potensialının inkişaf etdirilməsi istiqamətində gördüyü işlər həqiqətən də heyrətamizdir. Ulu Öndərin gərgin səyləri nəticəsində 1971-ci ildə Bakıda C.Naxçıvanski adına Respublika orta ixtisaslaşdırılmış internat məktəbi yaradıldı və milli hərbi kadrların yetişdirilməsinə başlanıldı. Heydər Əliyev zamana, siyasi vəziyyətə baxmayaraq hər zaman Azərbaycan xalqının maraqlarını qorumuş, milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışmışdır. 1970-ci illərdən başlayaraq Ulu öndərin təşəbbüsü və iştirakı ilə görkəmli söz ustadlarının, alim və mütəfəkkirlərin yubileyləri təntənə ilə qeyd edilməyə başlandı. İmadəddin Nəsiminin 600 illik yubiuleyi 1973-cü ildə UNESCO səviyyəsində keçirildi, 1930-cu illərin siyasi repressiyalarının qurbanı olmuş dahi şair Hüseyn Cavidin cənazəsi 1982-ci ildə uzaq Sibirdən Naxçıvana gətirildi. 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusunda təsbit olunması Ümummilli liderin xalqımız qarşısında ən böyük xidmətlərindən biridir.
Hər bir xalqın tarixində keşməkeşli dövrlər olub, lakin onların hamısı heç də bu sınaqdan uğurla çıxa bilməyib. Belə hallarda hadisələri düzgün təhlil edib, qiymətləndirib, doğru addımlar atmağı, zəruri qərarlar qəbul etməyi bacaran liderlərin olması həlledici şərtlərdən biridir. Heydər Əliyevin Qanlı 20 Yanvar hadisələrinin səhəri günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlməsi, sovet qoşunlarının Bakıda törətdiyi qırğını qətiyyətlə və sərt şəkildə qınaması onun böyük vətənpərvərliyinin ifadəsi idi. Məhz bu vətənpərvərlik Heydər Əliyevi Moskvadan Bakıya, ordan isə doğulub böyüdüyü Naxçıvana apardı. Çünki cəmiyyətimizin yekdil rəyi ondan ibarət idi ki, yalnız müdrik şəxsiyyət, böyük siyasi təcrübəyə malik Heydər Əliyev bu missiyanı üzərinə götürüb Azərbaycanı ağır vəziyyətdən xilas edə, dövlətçiliyimizi qoruyub saxlaya bilər. 1993-cü il iyunun 9-da xalqın təkidi ilə Bakıya qayıdan Heydər Əliyevin müdrik siyasəti, yenilməz iradəsi sayəsində Azərbaycan qısa müddətdə təhlükələri dəf edə bildi, silahlı qarşıdurmaya son qoyuldu, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, siyasi mübarizənin sivil və konstitusion çərçivədə davam etdirilməsi üçün əsaslar yaradıldı. 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edildi və hüquqi islahatların həyata keçirilməsinə başlandı. 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” mühüm əhəmiyyətə malik hadisə olmaqla yanaşı, həm də Azərbaycanın gələcək inkişafında mühüm rol oynadı. Azərbaycanın güclü iqtisadi potensialı müasir ordu quruculuğuna şərait yaratdı. Azərbaycan Ordusu dünyanın aparıcı orduları sırasında layiqli yer tutdu. Ölkəmizdə müdafiə sənayesi formalaşdırıldı, Silahlı Qüvvələrimiz ən müasir silah-sursatla təchiz olundu.
Ümummilli Liderin ən mühüm tarixi qərarlarından biri ölüm cəzasının ləğvi olmuşdur. 1998-ci ildə Şəqrdə ilk dəfə Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi, əfv və amnistiya institutlarının geniş tətbiqinə başlanılması Heydər Əliyevin yüksək humanizmini bir daha təsdiq edir. Hüquqi dövlət quruculuğunda Heydər Əliyev konsepsiyasında ədliyyə orqanlarının inkişafı da daim diqqət mərkəzində saxlanılmışdır.
“Heydər Əliyev İli”ndə Ədliyyə Nazirliyi tərəfindən paytaxtda və bölgələrdə Ulu Öndərin zəngin dövlətçilik irisnə, ədliyyə, məhkəmə-hüquq, yerli özünüidarəetmə sahəsində xidmətlərinə, gənclər siyasətinə və digər mövzulara həsr olunan konfranslar, dəyirmi masalar, açıq qapı günləri keçirilir.
Dahi rəhbər xalqa müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Ulu Öndərin dediyi bu sözlər artıq reallıqdır. İşğal altında qalan doğma torpaqlarımız ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş, Ümummilli Liderin ən ümdə vəsiyyəti və xalqımızın arzusu gerçəkliyə çevrilmişdir.
Heydər Əliyevin həyat yolu, parlaq ideyaları bu gün də yaşayır. Xalqımız bu ideyaların layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında vətəndaş həmrəyliyi ilə “Dəmir Yumruq kimi” birləşərək hələ neçə-neçə möhtəşəm uğurlara imza atacaqdır.

Ceyran Cabbarova
Abşeron rayon qeydiyyat şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri

Azərbaycan həmişə öz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşıb
Azərbaycan həmişə öz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşıb
Əhalinin müxtəlif təbəqələri üçün fiziki aktivliyə dair maarifləndirici materiallar paylanılıb
Əhalinin müxtəlif təbəqələri üçün fiziki aktivliyə dair maarifləndirici materiallar paylanılıb
Abşeronda “Sağlam həyat tərzi və davarnış risk amilləri” mövzusunda maarifləndirici aksiya keçirilib
Abşeronda “Sağlam həyat tərzi və davarnış risk amilləri” mövzusunda maarifləndirici aksiya keçirilib
25 noyabr Kəlbəcər Şəhəri Günüdür
25 noyabr Kəlbəcər Şəhəri Günüdür
Tariximizin 20 noyabr günü
Tariximizin 20 noyabr günü
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir
COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasını göstərir
COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasını göstərir
Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək
Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək
Zəfər tağı - Zəfərimizi əks etdirən yeni simvolumuz
Zəfər tağı - Zəfərimizi əks etdirən yeni simvolumuz
Konstitusiya dövlətin hüquq sisteminin əsasını təşkil edir
Konstitusiya dövlətin hüquq sisteminin əsasını təşkil edir
Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olub
Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olub
Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır
Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır
8 noyabr Şuşa şəhəri günüdür
8 noyabr Şuşa şəhəri günüdür
Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi
Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır
25 oktyabr Qubadlı şəhəri günüdür
25 oktyabr Qubadlı şəhəri günüdür
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq