Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron seçiciləri YAP-ın namizədlərinə səs verəcəklər

Tarix:13-12-2014, 01:55

 

 

Rayonun Fatmayi kəndində keçirilən görüşdə bu bir daha bəyan edilib
 
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası davam edir. Dünən kampaniya çərçivəsində Abşeron rayonunun Fatmayi kəndində seçicilərlə görüş keçirilib. 
Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev seçicilərə rayon təşkilatı və partiyanın namizədləri haqqında ümumi məlumat verib. Natiq daha sonra bildirib ki, reallaşdırılan məqsədyönlü planlar və layihələr əsasında Azərbaycan günü-gündən abadlaşır və gözəlləşir: "Qeyd etmək istəyirəm ki, aparılan abadlıq-quruculuq işləri Azərbaycan xalqına Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir. Prezident İlham Əliyevin qısa müddət ərzində həyata keçirdiyi siyasət Azərbaycanın dünya ölkələri sırasında önəmli yer tutmasına səbəb olub”.
 
    Sonra çıxış edən millət vəkili İmamverdi İsmayılov deyib ki, bu görüşün əsas məqsədi qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı vəziyyəti təhlil etməkdir: "Bu gün vacib və məsuliyyətli bir gündür. Abşeron və onun kəndləri olduqca qədim yaşayış məskənləridir. Fatmayi kəndi Azərbaycanın görkəmli ziyalılarının, musiqimizin dahi siması Qara Qarayevin, tarixçi alimlərin, professorların və digər vəzifəli şəxslərin vətənidir. Fatmayi kəndi Bakı şəhəri kəndlərinin birincilərindəndir. Bu baxımdan, bu qədim kənd xoş sözlərə layiqdir. Bu kəndin çox qədim qəbiristanlığı var. Bu onu bir daha sübut edir ki, Fatmayi qədim kənddir.
 
Bu gün Azərbaycandakı sıçrayışlı inkişaf dünyanın heç bir ölkəsində görünməyib. Azərbaycanın şəhərlərinə, rayonlarına, qəsəbələrinə, kəndlərinə baxın! Bu ərazilərdə bu gün sürətli inkişaf müşahidə edilməkdədir”.
 
Görüşdə iştirak edən namizədlər Hikmət Bagiyev və Tahir Abbasov digər natiqlər kimi, ölkədə gedən abadlıq-quruculuq işlərindən danışıb: "Hər bir insan ölkədə gedən inkişaf prosesinin şahididir. Bir sözlə, Prezident İlham Əliyev hərtərəfli siyasət yürüdərək Azərbaycanı uğurlu zirvələrə daşıyır və bundan sonra da daşıyacaq”. 
 
Sonda kənd sakini Hacı Siyavuş Əliyev çıxış edərək söyləyib ki, bu gün Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir: "Bu gün Azərbaycan dünyaya sürətlə inteqrasiya edir. Ölkədə böyük neft strategiyası həyata keçirilir. Azərbaycan iqtisadi inkişafını sürətləndirərək dünya birinciləri sırasına daxil olub”.

Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir