Absheron Media
Haqqımızda Bizimlə əlaqə

YAP cəmiyyətin avanqard güc mərkəzidir

Tarix:13-12-2014, 01:59

 

 

Abşeron rayonunun Qobu qəsəbəsində YAP-ın Seçki Qərargahının üzvləri partiyanın namizədləri ilə görüşüblər

 

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası davam edir. Kampaniya çərçivəsində dünən Abşeron rayonunun Qobu qəsəbəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş şəxslərlə Seçki Qərargahının üzvlərinin görüşü olub. 

 

Tədbiri giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar, regionların sosial-iqtisadi cəhətdən dinamik inkişafı, işsizliyin minimuma endirilməsi və yoxsulluğun aradan qaldırılması istiqamətində görülən işlər YAP-ın irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyasının əsas istinad nöqtəsidir: "Azərbaycanın regionda hər cəhətdən lider ölkəyə çevrilməsi, xarici və daxili siyasətdə əldə edilən uğurlar, respublikanın demokratik inkişafı Yeni Azərbaycan Partiyasının namizədləri üçün əlverişli təbliğat mühiti formalaşdırır. Biz hamılıqla Azərbaycanın qarşıdakı illərdə daha da güclənməsi, sosial-iqtisadi cəhətdən daha da inkişaf etməsi üçün bu seçkilərdə də YAP-ın namizədlərinə səs verməliyik”.

 

Görüşdə çıxış edən Milli Məclisin deputatı İmamverdi İsmayılov bildirib ki, 2014-cü ilin ən mühüm siyasi kampaniyalarından biri 23 dekabr bələdiyyə seçkiləridir: "Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə hərtərəfli və ciddi hazırlaşaraq, həmçinin, mövcud potensialını səfərbər edərək bələdiyyə üzvlüyünə namizədlər irəli sürüb. Ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalardan daha çox namizəd irəli sürən YAP, cəmiyyətin avanqard güc mərkəzi olduğunu sübut etməklə yanaşı, seçki kampaniyasına digər təşkilatlardan daha hazırlıqlı olduğunu nümayiş etdirir”.

 

Daha sonra namizədlərdən Rövşən Cəfərov və Ənvər Əmiraslanov çıxış edərək ötən dövr ərzində bələdiyyələrin böyük təcrübə əldə etdiyini diqqətə çatdırıblar və əminliklə vurğulayıblar ki, bu seçkilərdən sonra formalaşacaq bələdiyyələr daha effektiv və səmərəli fəaliyyəti ilə dövlətimizin inkişafı prosesində layiqli yer alacaq.
Görüşdə çıxış edən seçicilər də yalnız Yeni Azərbaycan Partiyasına güvəndiklərini, seçkilərdə YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

 

Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir