Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Şuşa Bəyannaməsi - İki qardaş ölkə arasındakı həmrəyliyin gücünü bütün dünyaya bəyan edən tarixi sənəddir ŞƏRH

Tarix:18-06-2022, 09:08

Şuşa Bəyannaməsi - İki qardaş ölkə arasındakı həmrəyliyin gücünü bütün dünyaya bəyan edən tarixi sənəddir ŞƏRH

Şuşa Bəyannaməsi iki ölkə arasında mövcud olan qardaşlığın, birliyin bütün dünyaya bəyan edilməsidir. Dövlətlərarası münasibətlərdə müttəfiq münasibətləri haqqında bəyannamələrin imzalanması vacibdir. Lakin bəyannamənin iki qardaş dövlət arasında imzalanması hər iki ölkənin ictimai rəyi üçün mətni daha da əhəmiyyətli edir. Bu mənada ittifaqı yalnız dövlətlər arasında deyil, xalqlar arasında da ittifaq kimi də təqdim etmək olar. Həqiqətən də, hər iki dövlətin xalqları bu müttəfiqlik münasibətlərini böyük dərəcədə tanıyır, hörmət edir və dəstəkləyirlər. Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində kifayət qədər böyük əhəmiyyətə malikdir və onu hətta tarixi addım da adlandırmaq olar. Bu bəyannamə təkcə Türkiyə-Azərbaycan münasibətləri baxımından deyil, bütövlükdə regionun gələcəyi baxımından çox əhəmiyyətlidir. Türkiyə ilə Azərbaycan arasında imzalanmış sənəddə ilk dəfə olaraq ikitərəfli münasibətlərlə bağlı olmayan məsələlər üzrə bəyanatlardan istifadə edildi. Bu əməkdaşlıq bütövlükdə regionda sabitliyin və sülhün bərqərar olmasını təmin edir, və həmçinin Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlığın güclənməsinə böyük töhfələr verəcəyi də şübhəsizdir. Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti çox böyükdür. Bəyannamənin tarixi əhəmiyyəti də onunla bağlıdır ki, bu tarixi sənəd ictimai həyatımızın digər sahələri ilə bağlı məsələlərə toxunacaqdır. Başqa sözlə, bəyannamə iki ölkə arasında həm regionda, həm də beynəlxalq aləmdə iqtisadi-ticarət münasibətlərin sürətlə inkişafına təkan verəcəkdir. Beləliklə, bəyannamədə xüsusi məsələ kimi nəzərdən keçirilən Zəngəzur dəhlizinin açılmasının zərurəti iqtisadi, kommersiya və nəqliyyat problemlərinin həllində mühüm rol oynayacaqdır. Bu dəhlizin açılması həm siyasi, həm də iqtisadi əhəmiyyətə malik olacaqdır.

Bəyannamədə hər iki ölkənin iqtisadiyyatının şaxələndirilməsinin sürətləndirilməsi, beynəlxalq ticarətdə, logistikada yeni qabaqcıl mexanizmlərin inkişaf etdirilməsi və tətbiq edilməsi, regionda nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və s.haqqında da danışılır. Şuşa Bəyannaməsinin imzalanması ilə regionun inkişafının yeni mərhələsinin təməli qoyuldu. Strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edən Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapmışdır. İki dost və qardaş ölkə arasında strateji əməkdaşlığı dərinləşdirən bu tarixi hadisə, eyni zamanda, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, xüsusilə də Azərbaycanın sərhədlərinin toxunulmazlığına yeni imkanlar yaradacaq.Bəyannamənin bu məsələdə ən mühüm aspektlərindən biri də onun hərbi ittifaq məsələlərini əhatə etməsidir. Bu bəyanatla hərbi, siyasi, iqtisadi sahələrdə tərəflərin müttəfiqliyi beynəlxalq hüquq normalarına uyğun olaraq müəyyən edilmiş və bütün dünyaya çatdırılmışdır. Burada əsas mövzulardan biri iki ölkənin hərbi əməkdaşlığı ilə bağlı digər dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hər hansı təhdid və qəsdlərə qarşılığında iki ölkənin fəaliyyətidir. Şuşa Bəyannaməsi birbaşa olaraq Azərbaycanın bütövlükdə təhlükəsizliyini təmin edən bir sənəddir. Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsinin xarakteri təkcə ikitərəfli münasibətləri əhatə etmir, həm də yeni dövrdə regional və qlobal nəticələrə də malik olacaqdır. İki ölkə arasında iqtisadi və ticarət münasibətləri artır, və onların iqtisadi potensialı genişlənir. Buna əsaslanaraq, regionda aparıcı rol oynayan Türkiyə və Azərbaycan geosiyasi sahədə daha fəal olmağa çalışırlar. Çünki hər iki ölkənin bu istiqamətdə məqsədi regionun sürətli iqtisadi inkişafı, və region xalqlarının firavanlığı üçün şərait yaratmaqdan ibarətdir. Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üzrə unikal bir nümunəyə çevrilib. Əlaqələr siyasi dialoqa, etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətinə söykənir və bu, bütün digər əməkdaşlıq əlaqələri üçün möhkəm sütun rolunda çıxış edir. Regional əməkdaşlığın həm liderlərin bəyanatlarında, həm də Bəyannamənin məzmununda müttəfiq dövlətlər üçün əhəmiyyətini görmək olar.Əldə olunmuş nailiyyətlər onu deməyə əsas verir ki, iki ölkə arasında mövcud əlaqələri daha da inkişaf etdirmək üçün ortada möhkəm iradə və əzm vardır. Bu da öz növbəsində xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, regionda sülhün təmin olunmasına töhfə verəcəkdir. Bütün bunlar özü əyani şəkildə Azərbaycan-Türkiyə münasibətlərinin qarşısıalınmaz və geridönməz xarakter aldığını bir daha təsdiqləyir və sübut edir ki, bu münasibətlər inkişafın ən yüksək, ən sürətli xətti üzrə irəliləməkdədir.

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası

Abşeron rayon təşkilatının sədri

Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Qalib xalqın qalib idmançıları
Qalib xalqın qalib idmançıları
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü