Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xalqımız şanlı tarixi ilə qürur duyur!

Tarix:1-10-2022, 15:06

Xalqımız şanlı tarixi ilə qürur duyur!


44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək 44 gün ərzində düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı sarsılmaz birlik və həmrəylik nümayiş etdirdi.

Müdrik Azərbaycan xalqı 27 Sentyabr-Anım Günündə möhtəşəm həmrəylik ifadə edərək torpaq uğrunda canından keçən qəhrəman əsgər və zabitlərimizi qürurla andı. 27 sentyabr tarixində insanlarımız şəhidlər xiyabanlarına, şəhid məzarlarını ziyarət edərək onların əziz xatirəsini ehtiramla yad etdi, ruhlarına dualar oxudu, qəbrləri üzərinə gül dəstələri düzdü. Həmçinin, şəhid ailələri ilə görüşlər təşkil edildi, onlara mənəvi dəstək göstərildi. Bu, bir daha onu təsdiqəyir ki, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi naminə şəhid olan oğul və qızlarımızı xalqımız heç vaxt unutmayacaq, qəlbində və tarixində müqəddəs dəyər kimi qoruyub saxlayacaq.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 27 Sentyabr – Anım Günündə işğaldan azad olunmuş ərazilərə səfər etməsi də böyük məna kəsb edir. Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələrinin qoyulması torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə böyük ehtiramın nümunəsidir.

27 sentyabr tarixi həm də Zəfərə gedən yolun başlanğıcı, milli iradənin, ləyaqətin təntənəsidir. Məhz Azərbaycan əsgərinin Zəfər salnaməsi, qəhrəmanlıq dolu dastanı həmin gündən yazılmağa başladı. Məlumdur ki, şəhidlərimiz, qazilərimiz, veteranlarımız hər zaman dövlətimizin başçısı cənab İlham Əliyevin xüsusi diqqətindədir. Elə bir görüş, elə bir tədbir yoxdur ki, orada Prezidentimiz əsgər və zabitlərimizin qəhrəmanlıqlarından bəhs etməsin, şəhidlərimizi xatırlamasın. Cənab Prezidentin Vətən müharibəsinin başladığı günün Anım Günü kimi qeyd olunması ilə bağlı sərəncamı şəhidlərin əziz xatirəsinə göstərilən ali ehtiramın göstəricisidir. Əminik ki, yenilməz Azərbaycan Ordusunun 44 gündə göstərdiyi misili görünməmiş qəhrəmanlıqlar hər zaman xalqımızın qəlbində yaşayacaq. Bu gün biz mütəqil ölkəyə sahibiyik.

Hazırda şəhidlərimizin canı, qanı bahasına işğaldan azad edilmiş torpaqlarımızda misili görünməmiş yenidənqurma-bərpa işləri sürətli və sistemli şəkildə davam etməkdədir. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq Şərqi Zəngəzura və Qarabağa səfərlər edərək görülən işlərlə yerində tanış olurlar. Dövətimiz insanların öz ata-baba yurduna tezliklə qayıtması üçün səylə çalışır. Bu ərazilərdə su elektrik stansiyaları, elektrik enerjisi stansiyaları, hava limanları, dəmir yolu xətləri, avtomobil yolları, körpülər, tunellər, magistral su xətləri, müasir yaşayış kompleksləri tikilir, sosial-iqtisadi infrastrukturlar, sənaye parkları və aqroparklar yaradılır. Bəzi işlər isə artıq başa çatıb. Buna Zəfər yolunun, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsini, Zəngilanda Ağalı kəndinin bərpasını, azad olunmuş bütün ərazilərdə ən müasir texnologiyalara və idarəetməyə əsaslanan yarımstansiyaların inşasını, dağ çayları üzərində elektrik stansiyalarının tikilməsini misal çəkə bilərik. Sentyabrın 27-28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya növbəti dəfə səfər etdilər, şəhərdə inşa olunan yeni yaşayış kompleksində, Şuşa hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə, Mehmandarovların malikanə kompleksində, yenidən qurulan hoteldə aparılan təmir-bərpa işlərinin və Şuşa şəhəri 1 saylı tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış oldular. Eləcə də, dövlətimizin başçısına və birinci xanıma Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil kommunal və təmir xidmətinin inzibati binasında görüləcək əsaslı təmir işləri barədə də məlumat verildi.

Bütün görülən quruculuq işləri Böyük Qayıdışı daha da sürətləndirir. Azərbaycan xalqı öz tarixinin şanlı səhifələrini yazır və bu tarixlə qürur duyur!

Abbas Əliyev
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Qalib xalqın qalib idmançıları
Qalib xalqın qalib idmançıları
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur