Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Övladınızın yanında olduğunuzu göstərin...

Tarix:14-08-2019, 13:00

Övladınızın yanında olduğunuzu göstərin...

Yaxın günlərdə ali məktəblərə qəbul imtahanlarının nəticələri elan edildi. Ali məktəbə qəbul olanların sırasında “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloji hazırlıq təlimlərində iştirak edən abituriyentlərin də olması bizi çox sevindirir. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyi olaraq, biz də öz növbəmizdə tələbəliyə vəsiqə alan bütün abituriyentləri, onların ailələrini təbrik edir, gənclərə seçdikləri peşə yolunda uğurlar arzulayırıq. Hər il olduğu kimi, bu ildə qəbul imtahanlarında uğurlu nəticə qazana bilməyən gənclər də oldu. Sözümüz onlara və onların ailələrinədir.
Əziz yeniyetmə və gənclər! Unutmayın, bu son deyil! Hələ qarşınızda uzun və mənalı keçirə biləcəyiniz bir ömür var. Oxumaq, təhsil almaq heç zaman gec deyil. Ola bilər ki çəkdiyiniz əməyin hədər getdiyini düşünür, ruhdan düşürsünüz. Bu heç də belə deyil. Çalışıb öyrəndiyiniz bilgilər sizin qazancınızdır, həmişə gərəyiniz olacaq. Həyat bir nərdivandır, onu pillə-pillə çıxacaqsınız. Qarşıda manelər olacaq, o maneləri aşdıqca bərkiyib möhkəmlənəcəksiniz. Sınaqlar, çətinliklər sizi qorxutmasın.Qarşınıza qoyduğunuz məqsədə doğru maneləri aşaraq, inanaraq keçsəniz yolun sonu mütləq aydınlıq olacaq. Tələbə adını qazanmamağınız sizi məyus edə bilər, amma bunu qətiyyən uğursuzluq saymayın.Qarşınızda hələ çox şanslar var, onları dəyərləndirin.
Əziz ata və analar! Təbii ki övladınızın məhs bu il tələbə olmasını siz də çox istərdiniz. Unutmayın ki, sizin övladınız çox həssas bir dönəmdən keçir, aldığı nəticə onda ruh düşkünlüyü yaradır, indi o hər kəsdən çox sizin qayğınıza, diqqətinizə ehtiyac duyur. Çətin sınaq imtahanı, həyəcan, təşviş, gərginlik, imtahan nəticəsinin yaratdığı stres yeniyetmə övladınızda kifayət qədər psixoloji travma yaradır. Bu halda siz də “Əziyətimizi boşa çıxartdın!”, “Qonşunun uşağı heç hazırlığa getməmişdi, amma qəbul oldu” kimi ifadələrlə onda olan psixi gərginliyi artırırsınızsa, gözləmədiyiniz acınacaqlı nəticə ilə qarşılaşa bilərsiniz. Odur ki, səbrli olun və mütləq şəkildə övladınızın yanında olduğunuzu göstərin.

Təranə Məmmədova
“Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin Rəhbəri
“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri
Psixologiya üzrə Fəlsəfə doktoru

Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir