Bu gün abadlıq və quruculuq işlərinin geniş vüsət aldığı Abşeron rayonunda böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün əsaslı işlər görülür. Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova fəaliyyətə başladığı ilk gündən bu istiqamətdə mühüm işlər görür, böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün əlindən gələni əsirgəmir.
Bunun bariz nümunəsini şəhər mərkəzində, eləcə də kənd və qəsəbələrdə inşa olunan və əsaslı şəkildə təmir edilən körpələr evi-uşaq bağçalarının timsalında aydın şəkildə görmək olar.
Elə bu günlərdə Abşeron rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədovanın tapşırığına əsasən Xırdalan şəhərində yerləşən 15 saylı körpələr evi-uşaq bağçasında rayonun daxili imkanları hesabına təmir işlərinə başlanılıb.
Absheronxeber.az aparılan işlərlə bağlı hazırlanmış fotoreportajı təqdim edir: