Ermənistan prezidentinin sarayı qarşısında sakinlər Serj Sarqsyanın tabutunu hazırlayıb.
Bunu ölkəni sürətlə tərk edən miqrantların ailələri edib. Onlar Ermənistan əhalisinin böyük sürətlə ölkəni tərk etməsinə göz yuman prezidentin onlar üçün ölü olduğunu deyiblər. Aksiyaçılar Sarqsyanın dəfn mərasimini də icra etməyə macal tapıblar. Onlar bu mərasim zamanı "ölkədə əhali qalmayacaqsa kimin prezidenti olacaqsan" deyə tabuta suallar da ünvanlayıblar.
Aksiyaçılar bu cür tədbirləri ölkənin nazirlikləri qarşısında keçirəcəklərini də bəyan ediblər.