Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Tarix:19-03-2024, 10:37

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Dövlətimiz Azərbaycanda və bütün dünyada sülhün tərəfdarı olub. Eyni zamanda xarici strategiyanı həyata keçirərkən təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirib. Buna görə də dövlətimiz müasir dünyanın ən böyük hərbi alyansı olan NATO ilə əlaqələrə xüsusi önəm vermişdir. Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası Ümummilli Lider Heydər Əliyevin 4 may 1994-cü il tarixində “Sülh naminə tərəfdaşlıq” proqramının Çərçivə sənədinin imzalanması ilə qoyulmuşdur. Azərbaycan Respublikasının NATO ilə tərəfdaşlığı onun Avro-atlantika strukturlarına inteqrasiya məqsədinə xidmət edir.

1999-cu ildə Azərbaycan Kosovoda olan NATO-nun sülhməramlı əməliyyatlarına dəstək məqsədilə hərbi birlik göndərmişdir. Bu əməliyyatlarda iştirak vasitəsilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri NATO qoşunları ilə ortaq əməliyyatlar keçirilməsi təcrübəsi əldə etmiş, NATO standartları ilə yaxından tanış olmuş və sülhməramlı qoşunlarımızın peşəkar səviyyəsini artırmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mart ayının 17-də NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyatda demişdir: “Azərbaycan - NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Tərəfdaşlığımız müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanistanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşdular. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir.

Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticə vermişdir. Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk”.

Bu gün dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında olmaqla Cənubi Qafqazın ən güclü ordusu hesab olunur. Bütün dünya Azərbaycan ordusunun gücünü 2016-cı ilin aprel ayında gördü. Az müddət ərzində - cəmi 4 günə Ermənistan ordusunun təxribatlarına cavab olaraq, ordumuz əks-hücum əməliyyatı ilə düşməni məğlubiyyətə uğradaraq Füzulu, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan minlərlə hektar ərazisini azad etdi.

2020-ci ildə 44 günlük ikinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabr ayında cəmi 23 saatlıq antiterror əməliyyatı nəticəsində 30 il erməni quldurları tərəfindən işğal edilmiş torpaqlarımız düşməndən təmizləndi. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi. Azərbaycan bu münaqişəni hərbi-siyasi yolla və öz gücü ilə həll etdi.

Müzəffər ordumuzun gücü, qüdrəti isə günbəgün artır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Biz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdik. Hazırda isə biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Mənim Brüsselə sonuncu səfərim zamanı mətbuat konfransında bu məsələyə toxundum və qeyd etdim ki, Azərbaycan belə bir təşəbbüs irəli sürüb və biz Ermənistanın cavabını gözləyirik. Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq”.

Azərbaycan işğal dövründə, demək olar ki, 30 il ərzində Ermənistanla münaqişəni sülh yolu ilə həll etmək üçün dəfələrlə cəhd etdi. Təəssüf ki, bu cəhdlər, bu danışıqlar heç bir nəticə vermədi. 28 il ərzində ATƏT-in Minsk Qrupunun fəaliyyətinin heç bir nəticəsi olmadı.

Ümidvarıq ki, tezliklə sülh bərqərar olacaq və Cənubi Qafqazda ciddi dəyişiklər baş verəcək.

Ölkə başçımız NATO-nun Baş katibi Yens Stoltenberq ilə enerji təhlükəsizliyi məsələsini də müzakirə edib və Brüsseldəki görüşdən sonra qaz təchizatı baxımından NATO-ya üzv daha 2 dövlətin bizim tərəfdaşımız olduğu barədə məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Əminəm ki, qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir”.

Ölkə başçısı eyni zamanda öz çıxışında qeyd edib ki, Azərbaycan bu il yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilib.

Baxmayaraq ki, Azərbaycan zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkədir, Azərbaycan tərəfdaşları ilə birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırır.

COP29-a ev sahibliyi edəcəyi isə Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin tanınmasının göstəricisidir.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir
Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı həqiqətləri və tarixi zəfər
Xocalı həqiqətləri və tarixi zəfər
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir