Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik

Tarix:25-06-2025, 15:03

Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik


Ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Müasir Azərbaycan dövlət müstəqiliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və təkidi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Odur ki, fəxrlə deyə bilərik ki, Heydər Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur.

Ümummilli Liderimiz, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev təcrübəli və səriştəli siyasətçi idi. O, uzun müddət dövlət təhlükəsizlik orqanlarında və Mərkəzi Komitədə rəhbər vəzifədə işləmişdi. Odur ki, dünyada gedən siyasi proseslərdən xəbəri var idi. Heydər Əliyev hələ Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində işlədiyi vaxtlardan ölkəmizdə ordu quruculuğuna başlamışdı. Umummilli Lider həmin dövrdə milli zabit kadrlarımızın yetişdirilməsi üçün öz nüfuzu ilə mərkəzə müəyyən təsirlər edərək Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi təmayüllü internat məktəbi yaratmışdı.

Bu, o dövr idi ki, azərbaycanlı gənclər orduda qulluq etmək üçün əsasən Rusiyaya göndərilir və iki il qulluq müddətində silah tutmağı belə öyrənməsinlər deyə yalnız tikintidə, hərbi yeməkxanalarda və yaxud başqa işlərdə işlədilirdilər. Belə bir vaxtda bu, Azərbaycan rəhbərliyi tərəfindən atılmış çox cəsarətli və mühüm bir addım idi.

Beləliklə, o dövrlərdə qeyri-hərbi sahələrə yönəldilən Azərbaycan gəncləri artıq hərbi təhsil almağa başladılar.

Müstəqillik dövründə Azərbaycan Ordusu yarananda zabit heyətinin əsasını da məhz Cəmşid Naxçıvanski adına hərbi məktəbin yetirmələri təşkil etdi.

Dahi rəhbərin 1998-ci il martın 13-də imzaladığı Sərəncama əsasən, Naxçıvanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin filialı açıldı.

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ordu quruculuğunda taleyüklü addımlar atıldı və Azərbaycan Ordusu elmi-nəzəri əsaslar üzərində qurulmağa başladı.

Dahi rəhbər Heydər Əliyev güclü və intizamlı ordunun yaradılmasının, həm də yüksək ixtisaslı milli zabit kadrlarının mövcudlugundan asılı olaraq Hərbi Akademiyanı yaratdı, Ali Hərbi Dənizçilik və Təyyarəçilik Məktəblərini formalaşdırdı. Bir il sonra isə Silahlı Qüvvələrin Hərbi Akademiyasını yaranmasına nail oldu.

Ümummilli Lider Heydər Əliyevin 1998-ci il may ayının 22-də imzaladığı Fərmana əsasən, 1998-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün-iyunun 26-sı Azərbaycan Silahlı Qüvvələr Günü elan edildi.

Ulu Öndər tez-tez səngərlərdə olur, əsgər və zabitlərlə şəxsən görüşür, ölkənin müdafiə qüdrətini və hərbi potensialını artırmaq üçün ciddi addımlar atırdı.

Məhz Ulu Öndərin qətiyyətinin və böyük sərkərdəlik məharətinin nəticəsi idi ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı baş tutdu.

Bütün bunlar sübut edir ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz siyasi lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir.

2003-cü ildə Silahlı Qüvvələr günündə Heydər Əliyev çıxış edərək demişdi: “Azərbaycanın güclü Ordusu bu gün də, sabah da, 10 il, 100 il bundan sonra da lazımdır. Azərbaycan Ordusu, onun Silahlı Qüvvələri böyük gələcəyə baxmalıdır. Böyük gələcəyin təminatçısı isə yalnız güclü, sarsılmaz ordu ola bilər...”

Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamız qüdrətləşən, müasir texnika və silahlarla təchiz edilən yenilməz orduya sahibdir.

Daim dövlətin qayğısı ilə əhatə olunan Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir.

İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alaraq bizim qarşımızda duran əsas vəzifə hərbi kadrların peşəkar səviyyəsini artırmaq, müdafiə potensialını möhkəmləndirmək, ordumuzun gücünü və hərbi qüdrətini daima yüksəltməkdir.

Azərbaycan Ordusu müasir silah-sürsat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır. Və bildiyimiz kimi bu gün ordumuz dünyanın 50 aparıcı ordusu sırasındadır.

Prezidentimiz-Ümummilli Lider Heydər Əliyevin siyasi davamçısı İlham Əliyev öz çıxışında ordu quruculuğu haqqında demişdir: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırıqları şərəflə, vicdanla, cəsarətlə yerinə yetirilir”.

Xudakərim Əhmədov
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Abşeron filialının sədri

Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur