Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Konstitusiya və suverenlik dövlətçiliyimizin əsas amilidir

Tarix:18-05-2025, 08:43

Konstitusiya və suverenlik dövlətçiliyimizin əsas amilidir


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev Konstitusiyanın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 2025-ci ili Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edib. Bu Sərəncam Azərbaycan tarixində dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsi, hüquqi dövlətin daha da inkişaf etdirilməsi və xalqın milli birlik ruhunun gücləndirilməsi istiqamətində mühüm addımlardan biridir. Bu, həm də Azərbaycanın beynəlxalq arenada müstəqil və suveren dövlət kimi mövqeyini daha da möhkəmləndirəcək.

Dövlətin əsas qanunu olan Konstitusiyanın ilk yaranma tarixinə nəzər salsaq görərik ki, Azərbaycanın ilk Konstitusiyası 1921-ci ildə mayın 19-da Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. 1925-1978-ci illər ərzində Konstitusiyamıza müxtəlif dəyişikliklər və əlavələr olunsa da,tarixi dəyişiklik 1978-ci il aprelin 2-də Azərbaycan SSRİ Ali Sovetində məruzə il çıxış edən Ümummilli lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”adı ilə əlavə olundu.1978-ci il aprelin 21-də Azərbaycan SSR-nin sonuncu Konstitusiyası qəbul olundu.

1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi. 1995-ci il noyabr ayının 12-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ilk dəfə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanaraq referendum yolu ilə qüvvəyə mindi. İlk Konstitusiya çoxəsrlik ənənələrimizə söykənərək, milli dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edir və ölkəmizin milli sərvətidir. Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən, hər il noyabrın 12-si ölkədə Konstitusiya Günü kimi qeyd edilir.

Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdir. Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s.bu kimi nailiyyətlər təsbit olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildən başlanan hakimiyyət dövrü Azərbaycan tarixinin epoxal hadisəsi olmuşdur. Onun əsasını İlham Əliyevin fenomenal tarixi şəxsiyyəti, dövlətçilik fəlsəfəsi və qarşıya qoyulan məqsəd və vəzifələrə çatmaq üçün tətbiq etdiyi strategiya və taktika təşkil edir. Azərbaycan xalqı 2003-cü ildə İlham Əliyevi Prezident seçməklə həm də Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Prezident kimi fəaliyyətə başlayan İlham Əliyev andiçmə mərasimində Heydər Əliyev siyasətinə sadiq qalacağını bir daha bəyan etdi: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

Cənab İlham Əliyev Ali vəzifəsinə başladığı ilk gündən bütün gücünü və vaxtını bir nömrəli müqəddəs arzusu olan torpaqlarımızın erməni tapdağından azad edilməsinə sərf etdi, ölkəmizin güclənən iqtisadi potensialını ardıcıl olaraq peşəkar ordu quruculuğuna yönəltdi. Beynəlxalq təşkilatların ədalətsizliyi, riyakarlığı, hətta təzyiq və təxribatları qarşısında əyilməz vüqarı ilə dik durdu. O, təkcə Ermənistanla deyil, onun havadarları ilə siyasi-diplomatik, informasiya cəbhəsində mübarizə aparırdı.
Ulu öndər Heydər Əliyev xalqla görüşlərində "Biz Şuşanı da, Laçını da, Kəlbəcəri də və işğalda olan bütün torpaqlarımızı qaytaracağıq" deyirdi. Cənab İlham Əliyev bu yolu davam etdirdi. "Biz Qarabağı qaytaracağıq, Qarabağ Azərbaycan torpağıdır" söylədi. Ulu öndərin "Mən İlham Əliyevə özüm qədər inanıram" deməsi bu gün öz təsdiqini tapıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibə və 2023-cü ilin 19-20 sentyabr tarixində keçirilmiş lokal antiterror əməliyyatları nəticəsində Azərbaycanın bütün ərazilərini erməni işğalçılarından təmizləyib ölkənin ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Müharibə dövründə Prezident İlham Əliyevin xarici KİV-lərə verdiyi 30-a yaxın müsahibə, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaqda mühüm rol oynadı. Bu məqam, həmçinin, Prezidentin informativ və diplomatik sahələrdəki bacarığını ortaya qoydu.

Torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində əsas qanunda ehtiva edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşıb. Belə ki, Konstitusiyanın 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti nəticəsində bu müddətdə təsbit edilən prinsiplər tam şəkildə təmin olunub.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi Zəfərə imza atıb, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərdə bərqərar olub, Dövlət Bayrağımız əzəli torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır, Qarabağ və Şərqi Zəngəzur dirçəldilir, yeni təhsil ocaqları inşa edilir, keçmiş məcburu köçkünlərin doğma ata-baba yurdlarında daimi məskunlaşması təmin olunur.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Qalib xalqın qalib idmançıları
Qalib xalqın qalib idmançıları
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Ömrünü xalqına həsr edən Dahi Lider
Ömrünü xalqına həsr edən Dahi Lider
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Abşeronda ekoloji məsuliyyətə töhfə verən növbəti təşəbbüs həyata keçirilib
Abşeronda ekoloji məsuliyyətə töhfə verən növbəti təşəbbüs həyata keçirilib