Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan - Türkiyə - Pakistan birliyi …

Tarix:31-05-2025, 09:39

Azərbaycan - Türkiyə - Pakistan birliyi …


Mayın 28-də Liderlərin - Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin Laçın Beynəlxalq Hava Limanının açılışında iştirakı, həmçinin Türkiyə - Azərbaycan - Pakistan üçtərəfli Zirvə görüşü Azərbaycanın ərazi bütövlüyünün bərpası və regionda sabitliyin təmin olunması baxımından simvolik əhəmiyyət daşıyır. Zirvə görüşündə regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub. Zirvə görüşündə Prezident İlham Əliyev nitqinə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümünü qeyd etməklə başladı. Bu, müsəlman dünyasında ilk demokratik respublikanın qurulması kimi böyük tarixi hadisə idi. Lakin bu müstəqilliyin qısa sürməsi, xarici təzyiqlər və işğallarla üz-üzə qalmış Azərbaycan xalqının mübarizəsinin simvolu kimi təqdim olundu. Bu, Azərbaycanın keçmiş ədalətsizliklərlə, itkilərlə və işğallarla mübarizəsinin, eyni zamanda iradəsinin və qardaş xalqların dəstəyinin gücünü vurğulayan ideoloji mesaj idi.

Laçında belə bir yüksək səviyyəli tədbirin keçirilməsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyatın bərpası və beynəlxalq əməkdaşlığın inkişafı baxımından simvolik əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev bəzi məqamları diqqətə çatdıraraq bildirdi ki, “Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”.

“Biz qayıtmalıydıq və qayıtmışıq”, – deyən dövlət başçısı, azad edilmiş torpaqlarda həyata keçirilən bərpa və quruculuq işlərindən də geniş söz açdı. Artıq Laçın, Şuşa, Füzuli, Zəngilan, Qubadlı və digər bölgələrdə həyat canlanır – xəstəxanalar, məktəblər, hava limanları, yollar, tunellər salınır, minlərlə insan doğma yurduna qayıdır. Bu bölgəyə həyat, bu bölgəyə əsl sahib qayıdıb.

Dövlət başçısı onu da qeyd etdi ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub. Pakistan iqtisadiyyatına 2 milyard dollar sərmayə qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdıraraq, Laçında belə bir mühüm tədbirdə iştirak etməyin onun üçün böyük şərəf olduğunu bildirdi. O, Azərbaycanın 30 illik işğala son qoyaraq Qarabağı azad etməsini böyük tarixi uğur kimi dəyərləndirdi, şəhidlərin xatirəsini andı, qazilərə salamlarını çatdırdı, onlara Vətən müharibəsində göstərdikləri böyük şücaət və qəhrəmanlıqlara görə təşəkkürünü bildirdi.

Laçında keçirilən Zirvə görüşündə çıxış edən Prezident Rəcəb Tayyib Erdoğan Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayaraq qeyd etdi ki, “Laçın görüşü Türk dünyasının gücünü və birliyini bir daha dünyaya nümayiş etdirir”.

Azərbaycan, Türkiyə və Pakistan liderləri tərəfindən verilmiş mesajlarda aydın şəkildə ifadə olunur ki, üç qardaş ölkə birgə layihələr, siyasi həmrəylik və iqtisadi tərəfdaşlıqla yeni bir inteqrasiya mərhələsinə qədəm qoyur.

Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!

Afət Camalova,
Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru

Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı həqiqətləri və tarixi zəfər
Xocalı həqiqətləri və tarixi zəfər
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür