Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu

Tarix:3-05-2026, 13:20

Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu


Abşeron rayonunun Qobu qəsəbəsində fəaliyyət göstərən xalçaçılıq emalatxanası uzun illərin təcrübəsini və milli irsi özündə birləşdirən mühüm mərkəzlərdən biri kimi diqqət çəkir. Burada çalışan təcrübəli sənətkarlar – Rəfiqə Bəşirova və Firəngiz Orucova Azərbaycanın qədim xalçaçılıq ənənələrinin qorunub saxlanılmasında xüsusi rol oynayırlar.

Hər iki sənətkar 40 ilə yaxındır ki, xalçaçılıqla məşğuldur. Onlar bu sənətə hələ 17 yaşlarında yiyələnərək, illər ərzində zəngin təcrübə toplayıblar. Hazırda 68 yaşlı Rəfiqə Bəşirova və 66 yaşlı Firəngiz Orucova 2014-cü ildən fəaliyyət göstərən Qobu Mədəniyyət evinin nəzdindəki emalatxanada çalışırlar.

Qobulu ustalar yalnız yerli səviyyədə deyil, beynəlxalq arenada da ölkəmizi uğurla təmsil ediblər. Onların əl işləri Türkiyə, Əlcəzair və Dağıstanda keçirilən sərgilərdə nümayiş olunub və böyük maraqla qarşılanıb. Bu xidmətlərinə görə hər iki sənətkara 2016-cı ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.

Rəfiqə Bəşirovanın peşəkar fəaliyyəti xüsusilə diqqətəlayiqdir. O, uzun illər Qaradağ rayonunda çalışıb, Quba bölgəsində fəaliyyət göstərib, həmçinin 6 ilə yaxın “Azərxalça” ASC-nin Abşeron filialına rəhbərlik edib. Bu dövrdə o, xalçaçılıq sənətinin inkişafına mühüm töhfələr verib.

Ustalar əsasən Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinə aid nümunələr üzərində çalışırlar. Onların toxuduqları xalçalar arasında Bakı, Qarabağ, Şirvan və Quba qruplarına aid nadir nümunələr yer alır. Xüsusilə Bakı qrupuna aid Suraxanı, Xiləfşan, Görədil və Fatmayı çeşniləri onların yaradıcılığında geniş yer tutur.

Bununla yanaşı, Rəfiqə Bəşirova və Firəngiz Orucova gənc nəslin bu sənətə marağının artırılmasında da fəal iştirak edirlər. Qobu, Hökməli, Qaradağ və Lökbatan ərazilərində yaşayan yeniyetmə və gənclərin xalçaçılıq sənətini öyrənməsində onların əməyi böyükdür.

Bu gün Qobuda fəaliyyət göstərən emalatxana yalnız istehsal məkanı deyil, həm də milli-mədəni irsin yaşadıldığı və gələcək nəsillərə ötürüldüyü bir məktəb rolunu oynayır.

Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu