Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Müstəqillik tariximizin ən şanlı səhifəsi

Tarix:15-06-2026, 18:57

Müstəqillik tariximizin ən şanlı səhifəsi


Dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini təşkil edən 15 İyun – Milli Qurtuluş Günü müasir Azərbaycanın müstəqillik və inkişaf xəttinin başlanğıc nöqtəsi hesab olunur. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkəni parçalanmaqdan, daxili və xarici təhdidlərdən xilas edərək bugünkü qüdrətli Azərbaycanın təməllərini qoymuşdur. Bu tarixi hadisə sadəcə hakimiyyət dəyişikliyi deyil, eyni zamanda milli dövlətçilik ideologiyasının bərqərar olması və gələcək böyük qələbələrin rəmzidir.

​Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin 1987-ci ildə Sovet İttifaqı rəhbərliyinin yeritdiyi ədalətsiz siyasi xəttə etiraz edərək istefa verməsindən sonra ölkədə dərin böhran dalğası başlamışdı. Onun gedişindən dərhal sonra erməni millətçilərinin Qarabağla bağlı qaldırdığı əsassız iddialar Azərbaycan xalqını ağır faciələrlə üz-üzə qoydu. Müstəqilliyin ilk illərində, xüsusilə AXC-Müsavat hakimiyyəti dövründə idarəçilikdəki səriştəsizlik, dövlət əmlakının mənimsənilməsi, kütləvi xaos, daxili çəkişmələr və kriminal qüvvələrin ön plana çıxması ölkəni vətəndaş müharibəsi həddinə çatdırmışdı. Belə bir çətin şəraitdə xalq yeganə ümid və çıxış yolunu Naxçıvandan başlayan xilaskarlıq missiyasında – Heydər Əliyevin böyük siyasi təcrübəsində görürdü.

​1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkədə xaos dövrünə son qoyuldu, ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində qətiyyətli addımlar atıldı. Həmin il keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq dövlət başçısı seçilən Ümummilli Lider andiçmə mərasimində ömrünün qalan hissəsini yalnız Azərbaycanın müstəqil bir dövlət kimi inkişafına həsr edəcəyini bəyan etdi. Tezliklə ölkədə atəşkəs imzalandı, nizami ordu quruculuğuna start verildi, iqtisadi islahatların və qlobal enerji layihələrinin təməli qoyuldu. Azərbaycan təcrid olunmuş vəziyyətdən çıxaraq beynəlxalq aləmdə öz prinsipial və nüfuzlu mövqeyini nümayiş etdirməyə başladı.

​Ulu Öndərin ən böyük və müqəddəs arzusu isə Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etmək, işğal altındakı torpaqları, xüsusilə mədəniyyətimizin rəmzi olan Şuşanı azad görmək idi. Heydər Əliyev məcburi köçkünlərlə hər görüşündə bu torpaqlara mütləq qayıdacağımıza dair sarsılmaz inamını ifadə edirdi. Bu gün həmin uzaqgörən və səmərəli daxili-xarici siyasət kursu Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan həm döyüş meydanında, həm də daxili və xarici siyasətdə öz müstəqil iradəsini və gücünü bütün dünyaya sübut edərək Ulu Öndərin vəsiyyətini və xalqımızın çoxillik torpaq həsrətini reallığa çevirdi.

Azərbaycan xalqı dövlətimizi dərin böhrandan qurtararaq bu günlərə çatdıran dahi lider Heydər Əliyevin əziz xatirəsini hər zaman ən uca zirvədə tutur.

Mahnur Hüseynova,
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol