Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır

Tarix:1-06-2026, 10:19

Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır


İyunun 1-i bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu əlamətdar gün uşaqların hüquqlarının qorunmasına, onların sağlam, təhlükəsiz və xoşbəxt mühitdə böyümələrinin təmin edilməsinə diqqəti cəlb edən beynəlxalq əhəmiyyətli tarixdir.

Uşaqların Beynəlxalq Müdafiəsi Gününün təsis olunması ilə bağlı qərar 1925-ci ildə Cenevrədə keçirilən Uşaqların Rifahına həsr olunmuş Ümumdünya Konfransında qəbul edilib. Bayram isə 1949-cu ilin noyabrında Parisdə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Konqresində rəsmi olaraq təsis olunaraq ilk dəfə 1950-ci ildə qeyd edilib.

Bu gün yalnız uşaqların bayramı deyil, həm də onların hüquqlarının müdafiəsinin vacibliyini xatırladan mühüm bir çağırışdır. Dünyanın müxtəlif bölgələrində uşaqlar hələ də müharibələr, yoxsulluq, aclıq, xəstəliklər, savadsızlıq, zorakılıq və informasiya təhlükələri ilə üzləşirlər. Bu baxımdan uşaqların hüquqlarının qorunması beynəlxalq ictimaiyyətin qarşısında duran ən mühüm vəzifələrdən biri olaraq qalır.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 1989-cu ildə qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası bu sahədə ən mühüm beynəlxalq sənədlərdən biridir. Azərbaycan da həmin Konvensiyaya qoşularaq uşaqların hüquqlarının beynəlxalq standartlara uyğun qorunmasını öz üzərinə götürüb.

Ölkəmizdə uşaqların hüquqlarının müdafiəsi, onların sağlam, savadlı və vətənpərvər ruhda böyüməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Uşaqlar cəmiyyətin və dövlətin gələcəyi hesab olunur. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uşaq-gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı uşaqların rifahının yüksəldilməsini, onların hərtərəfli inkişafı üçün əlverişli şəraitin yaradılmasını daim diqqət mərkəzində saxlayır.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də uşaqların təhsili, sağlamlığı və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Xüsusilə xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara, eləcə də şəhid ailələrinin övladlarına göstərilən diqqət və qayğı Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkənin hər yerində olduğu kimi, Abşeron rayonunda da silsilə tədbirlər təşkil olunur. Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Təhsil İdarəsi və digər qurumların birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin övladlarının iştirakı ilə bayram proqramları keçirilir. Tədbirlər çərçivəsində uşaqlar üçün müxtəlif əyləncəli və maarifləndirici proqramlar təşkil edilir, onların asudə vaxtlarının səmərəli təşkili və bayram əhval-ruhiyyəsinin yaşadılması üçün xüsusi şərait yaradılır.

Bu gün bir daha xatırladır ki, uşaqların xoşbəxt gələcəyi, onların hüquqlarının etibarlı müdafiəsi və hərtərəfli inkişafı cəmiyyətin qarşısında duran ən vacib vəzifələrdəndir. Çünki uşaqlar bizim sabahımız, ölkəmizin gələcəyi və ən böyük sərvətidir.

Elşən Quliyev,
Xırdalan Şəhər 11 nömrəli tam orta məktəbin direktoru

Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu